Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanın icra başçısı bu dəfə müharibə əlilini hədəfə alıb
Beyləqanın icra başçısı bu dəfə müharibə əlilini hədəfə alıb13-01-2014, 18:19 |
Redaksiyamıza müraciət edən, Beyləqan rayon sakini, müharibə əlili Savalanov İsmayıl Nadir oğlu yerli icra hakimiyyətindən şikayətlənib. Vətəndaşın dediyinə görə, hazırda işlətdiyi “Bərbərxana” dükanı tikdiyi torpaq sahəsini ona 2009-cu ildə Çernobel Əlilləri Cəmiyyətinin sədri Rövşən Cəfərov tərəfindən verilib. O, torpaq sahəsinin sənədləşdirilməməsindən gileylənir. “Mənə aid olan torpaq sahəsini bu günə kimi sənədləşdirmirlər. Bununla bağlı yerli icra hakimiyyətinə müraciət etdim. Oradan dedilər ki, icra başçısı ilə görüşmək lazımdır. Hazırda həm torpaq sahəsinin sənədləşdirilməməsi məni ciddi narahat edir. Sizdən xahis edirəm ki, yaşadığım bu problemin həllində mənə yardımçı olasınız” –deyə İ.Savalanov ləlavə etdi. Günxeber.com-un apardığı araşdırma zamanı bəlli oldu ki, müharibə əlilinin torpaq sahəsinə icra başçısı Vaqif Abdullayev əl bulayıb. Məlumata görə, icra başçısı Beyləqan rayon sakini Tofiqə Sadıqovanın adından torpaq sahəsini sahblərinin əlindən çıxarmaq və gələcəkdə həmin ərazilərə sahib olmaq istəyir. Sözügedən məsələ ilə bağlı redaksiyamıza bundan əvvəl də müraciət olunmuşdu. Hazırda Beyləqanda yaşayan məcburi köçkün Cəfərova Mahirə Bəşir qızı Gunxeber.com vasitəsi ilə prezident İlham Əliyev cənablarına açıq məktubla müraciət etmişdi. Vətəndaş deyirdi ki, Beyləqan rayon sakini, B.Sərdərov 10 da yaşayan Tofiqə Şura qızı Quliyeva yaşadığımız ərazidən 70-80 metr aralıda olan mağazanı özəlləşdirib deyərək ərazidən təcili çıxmağımızı tələb etdi. İddialarından çəkinməyən T.Quliyeva bir neçə dəfə evimizə soxularaq mənə qarşı təziq və təhqiramiz sözlər işlədərək evi sökməyimizi tələb etdi. Araşdırma apardıqda görürük ki, T.Sadıqovanı rayon rəsmiləri müdafiə edir. Elə bu məqam ondan xəbər verir ki, icra hakimiyyətinin bu ərazilərdə gözü var. Hər halda müharibə veteranının torpaq sahəsini əlindən almaq insanlığa yaraşmayan bir məsələdir. Mövzu ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |