Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Məhəmməd Mehdizadənin vəziyyəti daha da ağırlaşıb
Məhəmməd Mehdizadənin vəziyyəti daha da ağırlaşıb14-01-2014, 09:50 |
DİA.AZ: - Bu günlərdə DİA.AZ-a müraciət ünvanlayaraq, qəyyumluğa götürdüyü Məhəmməd Mehdizadənin vəziyyəti ilə bağlı həyəcan təbili çalan Binəqədi rayonu, Naxçivani küçəsi, ev 39 a, mən 14 Rasət Əliqasım oğlu Qasımov yenidən redaksiyamıza müraciət edib. Həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: “Ağciyər xəstəlikləri İnstitutunda qəyyumu olduğum Məhəmməd Mehdizadə ilə bağlı konsilium keçirilib. Üç günlük müayinələrədən sonra İnstitutdakı konsilium Məhəmməd Mehdizadənin səkkizinici fəqərəsindəki törəmənin vərəm mənşəli olmadığı qənaətinə gəlib. Bunu mənə İnstitutun Ağciyərdən kənar vərəm şöbəsinin müdiri Rüxsarə Məhərrəmova deyib. Rüxsarə Məhərrəmova həm də onu qeyd edib ki, , 14 yanvar 2014-cü ildə, respublikanın baş travmotoloqu Vaqif Verdiyiev İnstituta dəvət olunub və onun iştirakı ilə nöbəti konsilium keçiriləcək. Mən öz tərəfimdən Vaqif Verdiyevin qəbulunda olmuşam və onu dinləmişəm. Vaqif Verdiyev mənə uşağın biopsiya olunmasını məsləhət görüb və məni Milli Onkologiya Mərkəzinə göndərib. Milli Onkologiya mərkəzində isə keçirilən konsilium Məhəmməd Mehdizadədə onkoloji problem olmadığı qənaətinə gəlib və bundan sonra Səhiyyə nazirliynin göndərişi ilə Ağciyər xəstələikləri İnstitutun yola düşümüşük. Hazırda uşaq ağrılar içərisindədir. İntihara cəhd edib. Mən bu sətirləri yazan məqamda Binəqədi prokurorluğundan Fərhad Əzizov mənə zəng etdi. Məhəmmədin intihara cəhdi ilə əlaqədar artıq Binəqədidəki beşinci polis bölməsində tədqiqat aparılır. Fərhad Əzizov Məhəmmədin atdığı bu addımda kimin günahkar olduğunu soruşdu və mən ona dedim, günahkar mənəm, Fərhad Əzizov özümü niyə günahkar hesab etdiymlə maraqlandı, mən izah etdim ki, bir qəyyum kimi Məhəmmədin müalicəsini təşkil edə bilmədiyimə görə uşağın intihara cəhdində özümü günahkar hesab edirəm, habelə özümdən savayı uşağı səkkizinci fəqərəsində nə baş verdiyni müəyyəlşdirə bilməyən Azərbaycan səhiyyəsini də, o cümlədən dəfələrələ zəng etməsinə baxamayaraq uşağın bütün zənglərin telefonunu qapayan atası Ayaz Mehdiyevi də günahkar hesab etdiymi dedim. Fərhad Babayev istintaqı aparan tədqiqatçıya əlavə tapşırıqlar verəcəyini dedi. Mən tədqiqatı apapran 5-ci bölmənin əməkdaşı Suliddin Əsgərova xəstəxanada olmağımız barədə məlumat vermək üçün əl telefonuna zəng etdim, məlum oldu ki, Suliddin Əsgərov artıq 5-ci polis bölməsində işləmir. Bir daha Binəqədi İcra hakimiyyətinə Məhəmməd Mehdizadənin son durumu ilə bağlı məlumat vermişəm. Mənim məlumatın Binəqədi İcra hakimiyyətindəki qəyyumuluq şöbəsinin əməkdaşı Gülşən Bəşirovanı qətiyyən narahat etmir. Halbuki Azərbaycan qanunları qəyyumuluq şöbələrinə qəyyumuluqda olan uşaqlarla bağlı çox ciddi layihələr həyata keçirməyə imkan verir. Binəqədi icra hakimiyyətinin qəyyumuluq şöbəsində isə deyəsən bundan heç kəsin xəbəri yoxdur. Mən bu gün həm də Məhəmmədin atası Ayaz Mehdiyevi axtaran, amma tapa bilməyən Ədliyyə nazirliyinn icra şöbəsini əməkdaşı Rəşad Abbasovla əlaqə saxladım. Rəşad Abbasov bir daha Ayaz Mehdiyevi tapa bilmədiklərini dedi. Ayz Mehdiyev mənə və uşağa səkkiz min manağt borcludur. Bu pulu icraçılar ödətdirə bilsəydilər, uşağı bu əzabdan bəlkə də qurtarmaq olardı”. Geri qayıt |