Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Korpus komandiri ordunun materialları ilə özünə ferma tikib?
Korpus komandiri ordunun materialları ilə özünə ferma tikib?11-01-2023, 12:16 |
3-cü Ordu Korpusunun komandiri polkovnik Oruc Abdullayevin tabeliyindəki hərbi hissələrin materiallarından istifadə etməklə özünə ferma tikdirdiyi iddia olunur. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Videoda danışan şəxs bildirib ki, ərazisində olduğu ferma polkovnik Abdullayevindir və orduya məxsus materiallarla tikilib. O bildirib ki, fermanın tikintisində istifadə olunan bütün taxtalar, metal borular və digər avadanlıqlar hərbi hissələrdən gətirilib. Fermanı lentə alan şəxs ərazidə Müdafiə Nazirliyinə məxsus qida məhsullarının – yağ, pendir, cem, ət, balıq konservlərinin qutularını da nümayiş etdirib və iddia edib ki, bu qidalardan fermadakı çobanlar istifadə ediblər. O qeyd edib ki, görüntüləri Müdafiə Nazirliyinə təqdim edəcək: “Dövlətə məxsus olan nə varsa, Oruc Abdullayev hamısını talayır”. Qeyd edək ki, videonu “TikTok” sosial şəbəkəsində “rafael151177” adlı istifadəçi paylaşıb. İddialarla bağlı Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya reaksiya verilmədi. Geri qayıt |