Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vüsal Kərimli dövlətə belə KƏF GƏLİR...
Vüsal Kərimli dövlətə belə KƏF GƏLİR...12-01-2023, 12:24 |
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidlər, iradlar hələ də səngimək bilmir və qurumun rəhbəri Vüsal Kərimlinin adı korrupsiyada hallanır. DİA.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, adıçəkilən qurumda korrupsiya və yeyintinin həm miqyası, həm də mexanizmi aydın şəkildə görünür. Belə ki, BNA il ərzində dövlətdən təqribən 200 milyon manat dotasiya alır. Sözügedən vəsait isə Kərimliyə yaxın şirkətlər arasında bölüşdürülür. Təkcə 2022-ci il ərzində dəyəri milyondan çox olan tender layihələrinin qalib edilmiş şirkətləri aşağıdakılardır: "CIG AZERBAİJAN" MMC – 985413.7 AZN "ADVENTA CO" MMC - 498308.58 AZN "FIRE SECURITY" MMC -1890450.03 AZN “SM CONSTRUCTION SUPPLIES" MMC - 2340394.3 AZN “N TENSILE" MMC - 160305.83 AZN "ARIS" MMC – 3 tender layihəsi birlikdə - 1.995.714 AZN "ORN GROUP" MMC – 644.992 AZN "FLEX GROUP" MMC – 541.996 AZN “SEAR SUPPLY” MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN "A4 PLAZA" MMC – 138.924.35 AZN "TECHMASTER" MMC - 3178565.64 AZN İlk baxışda bu prosesin tenderlər yolu ilə həyata keçirildiyinə dair təəssürat yaransa da, əslində obyektivlikdən söhbət gedə bilməz, yəni satınalma müsabiqələrinin "qaliblər"i əvvəlcədən məlumdur. Marşrutların təşkili, "Bakıkart" üçün post-terminalların, dayanacaqların quraşdırılması və s. bu kimi xidmətlərin həyata keçirilməsi ilə bağlı tenderlərin "qalib"inə çevrilən şirkətlər vasitəsilə silinən pullar isə Vüsal Kərimli ilə yanaşı, onun hakimiyyətin yuxarı eşalonundakı himayədarına çatır. İddialara görə, bu korrupsiya mexanizminin konkret şərti də var – hər hansı xidmət üçün ayrılan vəsaitin 40 faizi "qalib" şirkətə çatır, yerdə qalan 60 faiz isə Kərimli ilə onu himayə edən məmura ötürülür. BNA rəhbərinin ən ilginc yeyinti "fəndi" isə "Bakıkart"la bağlıdır. "Bakıkart"ın idarəçisi "K Group" şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gedişhaqqı məbləğinin 5 faizi xidməthaqqı olaraq məhz "K Group"a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır. Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib. Lakin V.Kərimli iki məqamda gecikib: əvvəla, şirkətin yerləşdiyi "Çıraq Plaza"nın sahibi məhz BNA-nın icraçı direktorunu himayə edən məmura məxsusdur; ikincisi, domenin məhz Kərimlinin adına olmasını təsdiqləyən screenshot mövcuddur. Geri qayıt |