Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fəzail Ağamalının qızından prokurorluğa şikayət ediləcək

Fəzail Ağamalının qızından prokurorluğa şikayət ediləcək


13-01-2023, 12:25
Fəzail Ağamalının qızından prokurorluğa şikayət ediləcək
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçası ilə bağlı qalmaqal davam edir. Bakı sakini Mehriban Fərruxlu bu dəfə Günay Ağamalıdan prokurorluğa şikayət etmək niyyətindədir. Oxuculara aydın olsun deyə xatırladırıq ki, Mehriban Fərruxlunun 4 yaşlı qızı Firəngiz Fərruxlu ötən il noyabrın 23-də “Buta” bağçasında çarpayldan yıxılaraq ayağını sındırıb. Qızcığazın anası bu faktı nəzarətsizliyin təzahürü kimi dəyərləndirərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət edib. Lakin polis faktla bağlı cinayət işi başıanmasınl rədd edib. Buna səbəb ekspertizanın rəyidir. Rəydə qeyd olunub kii, Firəngiz İsmayılovanın xəsarətləri öz ehtiyasızlığı üzündən yıxılması nəticəsində əmələ gələ bilər.
Əvvəla, Firəngiz İsmayılovanın 4 yaşı var. Ona nəzarət olunmalıdır. 4 yaşlı uşağı başlı-başına buraxıb, sonra da ehtiyatsızlıq etməkdə günahlandırmaq başadüşülən deyil. Hər halda bu yaşda olan uşaqların ehtiyatlı olub-olmamaq barədə bəlkə də ibtidai təsəvvürü belə, yoxdur.
İkincisi, uşağın yıxılmasını əks etdirən videodan da görünür ki, o nəzarətsiz buraxılıb. Bağçanın əməkdaşı faktiki olaraq məsuliyyətsizlik edib. Həmçinin qızcığaza ilkin tibbi yardım göstərilməyib.
Firəngiz İsmayılovanın anası Mehriban Fərruxlu isə hesab edir ki, bu məsələdə Fəzail Ağamalının deputat mandatı daşıması ilə əlaqədar ola bilər. Yəni, vətəndaşda AVP sədrinin deputat səlahiyyətlərindən və nüfuzundan istifadə edərək məsələni ört-basdır etmək istənəsi barədə qənaət formalaşıb. Ona görə də Mehriban Fərruxlu prokurorluğa müraciət edərək hadisənin obyektiv araşdırılmasına nail olmaqda israrlıdır.
Günay Ağamalının rəhbərlik etdiyi bağça ilə bağlı bundan əvvəl də oxşar hallar yaşanıb. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının “Buta”da xəsarət alması ilə bağlı məlumat yayılmışdı. Bu məsələnin də ört-basdır edildiyi barədə iddialar var.
Reportyor.info


Geri qayıt