Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Şərur İnşaat" MTK sahibkarın PULUNU MƏNİMSƏYİB?
"Şərur İnşaat" MTK sahibkarın PULUNU MƏNİMSƏYİB?18-01-2023, 12:57 |
Elmir Məhərrəmov şifer satışı ilə məşğuldur. Deyir, 2009-cu ildə "Şərur İnşaat" MTK-ya təxminən 27 min manat məbləğində şifer satıb. Şirkət isə pul ödəyəcəyi tarixə qədər ona girov kimi Yasamal rayonu ərazisində tikilən bir binadan mənzil verib. Elmir Məhərrəmov tikinti şirkətindən şikayətçi olsa da, məhkəməyə müraciət etməyib. "Şərur İnşaat" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova deyir ki, sözügedən mənzil və pul ilə bağlı sənədləşmə onların yox, "MUR-AY" MMC-nin adından aparılıb. E.Məhərrəmov ona müqavilə bağlananda "MUR-AY" MMC "Şərur İnşaat"-ın podratçısı olduğu üçün sənədləşmənin bu cür aparılmalı olduğunu dediklərini bildirir. Zemfira İsmayılova isə, bu ittihamı rədd edir. Hüquqşünas Yalçın İmanov hesab edir ki, E.Məhərrəmov məhkəməyə müraciət edəcəyi təqdirdə şikayətinin təmin edilməsi üçün hüquqi perspektiv var. Muray MMC-nin təsisçi və rəhbərləri 2011-ci ildə həbs olunub. Məhkəmə zamanı verilən ifadələrdən və Şərur MTK-nin təsisçisi İsfəndiyar Axundovun mətbuata müsahibələrindən belə aydın olur ki, Muray MMC-nin əmlakı və öhdəlikləri Şərur MTK-ya verilib. Bununla belə, yüzlərlə zərərçəkən hələ də məhkəmələrdə və mətbuat vasitəsilə ziyanın ödənməsinə nail olmağa çalışır. Toplum TV Geri qayıt |