Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar"
"Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar"23-01-2023, 11:26 |
DİA.AZ bildirir ki, Naxçıvan şəhər 10 saylı uşaq bağçasının bir qrup tərbiyəçisi "Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və DTX-ya müraciət edib. Onların müraciətinə əsas səbəb, maaşlarının hər ay müdiriyyət tərəfindən mənimsənilməsidir. Tərbiyəçilər, həm də dərəcələrinin aşağı salınmasından şikayətçidirlər. Orijinal variantını şərh yerində paylaşacağımız müraciəti təqdim edirik: “Biz uzun illərdir ki, bağçada tərbiyəçi işləyirik. Aramızda 15-20, 30 il bağçada tərbiyəçi işləyənlər var. Onların hamısı universitet bitirmiş ali təhsilli riyaziyyat, dil və ədəbiyyat, tarix, filologiya müəllimləridir. Üç aydır bizə ixtisasca bağça müəlliməsi olmadığımızın bildirərək dərəcəmizi 14-dən 10-a salıblar. Oktyabr, noyabr, dekabr ayının maaşlarından 50-80 manat qanunsuz olaraq saxlayırlar. Dəfələrlə müdiriyyətə və aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə olmayıb. Bağça müdirəsi deyir ki, “hara istəyirsiniz şikayət edin”. Bu səbəbdən DTX-dən xahiş edirik ki, problem araşdırılsın". Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, 10 saylı bağça müdirəsi musiqi məktəbini qurtarıb: "Necə olur ki, musiqi məktəbini bitirən birinə bağçaya rəhbərlik etmək tapşırılır, amma ali təhsilli müəllimlər bağçada işləyə bilmir?" Geri qayıt |