Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fars-molla rejimi İlham Əliyevin başsağlığı verməsini necə hadisəyə çevirdi?
Fars-molla rejimi İlham Əliyevin başsağlığı verməsini necə hadisəyə çevirdi?15-01-2014, 13:09 |
DİA.AZ: - Fars-molla rejimi başını rəsmən itirib, desək, yanılmarıq. Hər halda, Azərbaycan prezidenti İlham Əliyevin Ariel Şaronun ölümündən dolayı verdiyi başsağlığının bu gün İranda hadisəyə çevrilməsi və bunun az qala ŞOK bir hadisə kimi təqdim olunması fonunda cərəyan edənlərə nəzər yetirdikdə, bunu deyə bilərik. Onu da bildirək ki, artıq İranda bu başsağlığı ilə bağlı bir kampaniya başlayıb. Və antiAzərbaycan ruhu ilə seçilən molla mediası Azərbaycanı «vurmağa» bir bəhanə tapıbmış kimi davranmaqdadırlar. DİA.AZ olaraq «arannyus» portalında yer alan və bu qəbildən olan bir məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: «Islam şurası məclisinin Şərqi Azərbaycan nümayəndələrinin sədri Məhəmməd İsmail Səidi Aran xəbər agentliyinə müsahibəsində İlham Əliyevin Ariel Şaronun ölümü münasibəti ilə Şimon Peresə baş sağlığı göndərməsi barədə dedi: İlham Əliyevin keçmiş siyasətlərini nəzərə aldıqda onun belə bir iş görməsi o qədər də əhəmiyyətli deyil. Çünki o öz siyasətini sionistlərlə birlik əsasında qurub, əlbəttə bu siyasətin sonunun yaxşı olmayacağı təbiidir. Çünki bu gün sionist rejimin müttəfiqləri öz millətlərinin qəzəbi ilə üzləşiblər. Lakin müqavimət xəttində dayanan Suriya başçısı kimi şəxslər, bütün beynəlmiləl terroristlərdən istifadə edən beynəlmiləl güclərin hiylələrinə baxmayaraq qeyrətlə, izzətlə ölkələrini müdafiə edirlər. Islam şurası məclisinin nümayəndəsi İlham Əliyevin başsağlığı göndərməsi ilə bağlı daha çox təəssüfə səbəb olan məsələ barəsində dedi: Azərbaycan prezidenti təkcə öz adından yox, həm də müsəlman və şiə Azərbaycan xalqı adından Şaronun ölümü münasibəti ilə sionist rejimin baş nazirinə, Şaronun ailəsinə və işğal olunmuş Qüdsün sionist əhalisinə baş sağlığı verib. Bu məsələ müsəlman Azərbaycan xalqı tərəfindən qəbul edilə bilməz və cənab İlham Əliyevin hansısa bir yolla yaranmış bu problemi düzəltməsi gözlənilir. Ümumiyyətlə bu ölkənin başçısı 9 milyon müsəlman adından Deir Yasin, Səbra və Şətila kimi kütləvi qırğınlar törətmiş şəxsin ölümü münasibəti ilə başsağlığı verə bilməz. Hamımız bilirik ki, Azərbaycan xalqının öz əzizlərini itirdiyi Xocalı və 20 yanvar kimi cinayətlər Ariel Şaronun törətdiyi cinayətlərlə birdir. Bu gün bütün müsəlmanların, o cümlədən İslam ölkələrindəki rəhbərlərin ən mühüm vəzifələrindən biri də vəhşilik, cinayət və terrorun bütün növlərini məhkum etmələri, pisləmələridir. Nəinki, dünyada dövlət terrorunun banilərindən olan, kütləvi qırğınlar törədən bir şəxsə əza saxlasınlar və başsağlığı göndərsinlər!» DİA.AZ bildirir ki, belə yerdə bizlərə yalnız gülmək qalır. Ona görə ki, bu gün məhz İran dövləti minlərlə Azərbaycan türkünü- ŞİƏ MÜSƏLMANI vəhşicəsinə qətlə yetirən Ermənistanın yanında yer alıb və bu müsəlman qətliamlarına açıq şəkildə dəstək verib. Yəni kim danışırsa, cənab ağayilər, barı siz danışmayın... Geri qayıt |