Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "3 gün beton “podva”la salıb, yaralı vəziyyətdə orada işgəncə veriblər"

"3 gün beton “podva”la salıb, yaralı vəziyyətdə orada işgəncə veriblər"


25-01-2023, 12:02
"3 gün beton “podva”la salıb, yaralı vəziyyətdə orada işgəncə veriblər"
DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, Şahbuz rayon sakini Quliyev Vüsal Şamil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, adını bilmədikləri hərbçi onun oğlunu bıçaqla yaralayıb. “Yaralanan da, zərərçəkən də mənim oğlum və mən oldum”, - deyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Quliyev Vüsal Şamil oğlu, yazaraq sizə bildirirəm ki, oğlum həm bıçaqlanıb, həm də polislər tərəfindən işgəncələrə məruz qalıb. Bu hadisə 3 il qabaq olub. Yaraları ağır olduğu üçün Şahbuz xəstəxanasında əməliyyat etdilər. Yarası tam bitişməmiş xəstəxanadan evə buraxılan zaman polislər gəlib onu polis bölməsinə apardılar. 3 gün beton “podva”la salıb, yaralı vəziyyətdə orada işgəncə veriblər.

Naxçıvan şəhər Baş Polis İdarəsində işləyən Zahir adlı şəxs mənə dedi ki, pul ver, bu məsələni olmamış sayaq. Ona dedim ki, biçaqlanan da, sizlər tərəfindən döyülən də mənim oğlumdur, bu necə olur?

480 manat pul tapıb gətirib həmin şəxsə verdim, oğlumu çıxartdım. O gündən oğlum özünə gələ bilməyib, səhhəti yerində deyil, yaxşı yeriyə bilmir.

Həmin hadisədən sonra 2 dəfə Bakı şəhərində də əməliyyat olunub. Həkimlər hələ də onu əvvəlki halına qaytara bilmirlər.

Sizlərdən xahiş edirəm işıqlandırın, günahkarlar cəzalarını çəksinlər”.

Geri qayıt