Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mərkəzi Neftcilər Xəstəxanasında TƏHLÜKƏLİ MƏNZƏRƏ
Mərkəzi Neftcilər Xəstəxanasında TƏHLÜKƏLİ MƏNZƏRƏ25-01-2023, 12:24 |
DİA.AZ: - "Mərkəzi Neftcilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb. Xəstəxananın direktoru Musa Abbasov xəstəxananın həyətində yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstndə kafe işlədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq. Xəstəxanada uzun müddətdir ki, tibb işcisi kimi işləyən mühasibimizin deməsinə görə Musa Abbasov tamahgir adam olduğu ücün xəstəxananın bütün imkanlarından istifadə edərək qeyri-leqal mənfət əldə edir və həmən məbləğ bir başa onun cibinə axır. Apardığımız araşdırmadan məlum olub ki? xəstəxananın nizamnaməsində ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər. Budaki müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda qeyd olunub. Xəstəxanaların Nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır. Üstəlik bu vəsaitlərin müəsissənin hesabına yox Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır. Hətta vəzifə səlahyyətlərini aşma, Vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir. Müvafiq dövlət qurumları çox maraqlıdır ki, Bakı şəhərinin mərkəzində Neftçilər xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması sual altındadır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin əsas dövlət qurumu kimi, Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində kafe fəaliyyətinə görə, qanunsuz tikilinin araşdırılması, tikintiyə icazə verən direktorun çəzalanması haqqında ilkin məlumatlar qaranlıq olaraq qalmaqdadır. Əldə etdiyimiz məlumata görə Musa Abbasov Neftçilər Xəstəxanasına rəhbərlik etməkdən əlavə "Yeni Klinika" da direktor vızifəsini icra etdiyi müddətdə də bir cox maliyyə pozuntularına yol verərək dövlətə külli miqdarda ziyan vurubdur. Dəfələrlə tabeliyi olduğu TƏBİB və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılsada Musa Abbasovun həmin qurumlardakı əlbir olduğ yaxınları olan depatament rəhbərləri ( E.Qurbanov və Maliyyə rəhbəri) tərəfindən məsələ ört basdır edilib. Uzun müddətdir ki, qeyri -rəsmi münasibəti olduğu, hal - hazırda "Liv Bonodea" Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərən xanımı, Gəncə Şəhər xəstəxanalarının birinə rəhbər vəzifəyə gətirəcəyinə söz versədə müxtəlif səbəblərdən təyinatı həyata kecirə bilməyib. Kardioloq xanım yaxın qohumlarıda, bundan hiddətlənərək dəfələrlə direktorun otağında mübahisə edərək narazılıqlarını bildirərək, söhbəti gedən kardioloqun baş həkim təyin etdirmək ücün Musa Abbasova verdikləri "kağız-kuğuzu" geri istəyiblər. Əsas mövzumuz Mərkəzi Neftçilər Xəstəxanasında, qeyri-qanuni tikinti aparılmasından ibarətdir, belə bir qanunsuzluğa yol vermək, öz şəxsi mənafeyini güdmək qanunlarımıza ziddir. Kafe kimi hovuzun üstündə fəaliyyət göstərən tikintinin, təhlükə doğurmasını əsas götürsək, orda bir neçə xəstələrin təhlükə üzərində olduğu hər kəsə aydın görünür". Mövzuya qayıdacayıq... Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.... Geri qayıt |