Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim..."

"Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim..."


28-01-2023, 12:57
"Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim..."
"DogruXeber.az" bildirir ki, ötən gün agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan Kamalın zamanı proqramı ilə canlı bağlantı yaradaraq, hələ də veteran vəsiqəsi ala bilmədiklərindən gileyləniblər.

Ehtiyatda olan Gizir Rauf Nağıyev, Elvin Xəlilov, Elvin Qasımov, Xəyal Göyüşov canlı yayımda onlarla eyni problemi yaşayan 78 nəfərin adından bildiriblər ki, "hərbi səfərbərlik zamanı hamımız birlikdə döyüşə yollanmışıq. Əlimizdə silah təlimlərdə, döyüşlərdə iştirak etmişik, hətta aramızda iki nəfər ağır xəsarət də alıb, amma biz veteranlıq ala bilmirik. Dəfələrlə rəsmi məktub vasitəsilə Müdafiə Nazirliyinə müraciət etmişik, bizə cavab verirlər ki, sizə silah təhkim edilməyib. Bizə silah verilməmişdisə, bizi nə deyə hərbi hissədə saxlayırdılar?".

Xəyal Göyüşov bildirir ki, "İxtisasım "qumbaraatan"dır, mən də ixtisasım üzrə də döyüşdə iştirak etmişəm.".

Rauf Nağıyev deyir, "Silahların təhkim olunmasını bir neçə dəfə şəxsən mən yazıb təhvil vermişəm. Hər dəfə də bir bəhanə edib, A4 vərəqəsi üzərində yazının santımetr söhbəti edib qəbul etmirdilər. Gah deyirdilər yuxarıda 1 sm aşağı yaz, gah deyirdilər yanlardan 2 sm məsafə qoymamısan və sair.".

Qeyd edək ki, "Rauf Nağıyev hazırda mayor olduğunu bildirdiyi və o zamanlar kapitan rütbəsi olan Kənan Şirinov adlı şəxsin şəxsi heyətdən bir neçə dəfə pul yığdığını, təxris olunub evə qayıdanda ona bank kartı nömrəsi və "karta mədaxil 300 manat. Vətən sağolsun" sözləri yazılmış məktub verdiyini deyir. Və bildirir ki, "pul göndərmədim. Gedib hərbi biletimi götürəndə gördüm tarix düzgün yazılmayıb. Atəşkəsdən iki gün sonraya mənim əmrim yazılıb. Zəng etdim Kənan Şirinova ki, bu niyə səhv yazılıb, Kənan mənə cavab verdi ki, "Sən özünü yaxşı aparmadın, mən sənə məktub vermişdim."

Yeri gəlmişkən, gənclər Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etdiklərini də xüsusi vurğulayıblar.

Daha ətraflı videoda:



//"DogruXeber.az"//

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt