Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əli qabarlı neftçilər maaşlarının artırılmasını TƏLƏB EDİR
Əli qabarlı neftçilər maaşlarının artırılmasını TƏLƏB EDİR1-02-2023, 11:25 |
DİA.AZ: - Tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu gün ən ağır şərtlər altında çalışan neftçilərin hüquqları ilə bağlı növbəti çağırışda bulunub. DİA.AZ bildirir ki, əslində, Mirvari xanım hüquqlarını mdafiə etdiyi neftçilərin səsini ifadə edib. NHMT sədri paylaşımında qeyd edir: "Bir qrup neftçinin öz həmkarlarına müraciəti... Əmək haqlarının artırılmasını gözləyən neftçilər! Maaş artımı tələbi ilə sosial şəbəkədə hamılıqla birlikdə tezis sloqan paylaşaq . Gəlin birlikdə bu tələbi aidiyyatlı şəxslərin ,qurumların FB səhifələrində onların diqqətinə çatdıraq. Dəstək olun ki, hər birimiz üçün vacib olan bu tələbi müvafiq qurumların, şəxslərin diqqətinə çatdıra bilək..." DİA.AZ bildirir ki, M.Qəhrəmanlının çatdırdığı bu çağırış digər neftçilər tərəfindən də dəstəklənib: Məlum səbəblərdən status müəllifinin adını açıqlamırıq...: "Hörmetli maaşlarin artmasini gözleyen neftçiler. Konlu baliq isteyenin quyruģu suda olmalidi. Ele ise Destey olun...sosial şebekede maaş artimi telebiyle hamiliqla birlikde tezis sloqan paylaşaq. Gelin birlikde bu telebi minlerle insan aidiyyati sehifelerde paylaşaq... Butun Facebooku qerq edek bu teleble. Destey olun edek bu asan ve her birimiz üçun vacib olan işi". *** Məsələ ilə bağlı dia-az.life olarq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.. Geri qayıt |