Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda cinsi azlıqların gecə klubu işləyirmiş
Bakıda cinsi azlıqların gecə klubu işləyirmiş16-01-2014, 14:30 |
DİA.AZ: - Avropalaşma dedik, daha bu qədəri də yox. Hər halda, eşidəcəyiniz bu xəbər siz idə şoka salacaq. Və siz də bu gün Azərbaycanın hansı mənəvi səviyyəyə daşındığının fərqinə varacaqsınız. Təbii ki, əksəriyyət bunun fərqindədir. Amma bilməyənlər də var. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq bir ilə yaxındır ki, Bakıda cinsi azlıqların - cəmiyyət arasında «mavi», «gey» kimi təqdim olunan erkəklərin ayrıca klubu fəaliyyət göstərir. Məlumatı verən mənbə iddia edir ki, həmin klub özü də Bakının mərkəzindədir və ancaq gecə saatlarında işləyir: «Klub barədə məlumatlar gizli saxlanıldığından bir neçə dəfə yer dəyişmək zorunda qalıb. Hazırda Bakının mərkəzində yerləşir». Bəlkə də deyəcəksiniz ki, burada qeyri-adi nə var ki? Bəlkə də… və təəssüflər olsun ki, «bəlkə də» deyənlər var… Burası Azərbaycandır. Və bizim mental dəyərlər bu gün «avropalaşma» adı altında sırınan təhlükəli əxlaqi keyfiyyətləri, əslində isə keyfiyyətsizlikləri inkar edir. Yox, kimsə durub deyərsə ki, bəs qədimdə bizdə də erkəklər erkəklərlə münasibətdə olub. Amma bu faktların özü belə təsdiqləmir ki, həmin keyfiyyətsizliyin bizə doğma dəyər olduğunu söyləyəsən. Deməli, münasibətlər dəyişməlidir. Bu gün dəyər kimi təqdim olunan və bəzi QHT-lərimiz tərəfindən korazehin şəkildə təbliğ olunan bu dəyərsizliklərə millət öz sözünü deməlidir. Çünki bizlər bu ölkədə təkcə yaşamırıq ki, gözlərimizi bir kənara çevirib, onları görmədən yolumuza davam deyək. Biz bu ölkənin təkcə məskunları deyilik. Həm də sahibləriyik. Yəni bu ölkədə biz gələcəyimizi də qururuq ki, buk imi ünsürlər məhz gələcəyimizə təhlükəli elementlər qatmaq iqtidarındadır. Əgər demokratiya özünün buk imi keyfiyyətsizlikləri ilə cəlbedicidirsə, lənət olsun bu demokratiyaya…. Azər - DİA.AZ Geri qayıt |