Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Neftçilərin MAAŞI QALXACAQMI?
Neftçilərin MAAŞI QALXACAQMI?2-02-2023, 12:04 |
DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu gün ən ağır şərtlər altında çalışan neftçilərin hüquqları ilə bağlı növbəti çağırışda bulunub. M.Qəhrəmanlı hökumətə səslənərək neftçilərin maaşlarının artırılmasını tələb edib. Qeyd edək ki, son günlər ictimai nəqliyyatın və dərman qiymətlərinin də bahalaşması onsuz da ağır durumda olan Neft Daşlarında çalışan əli qabarlı fəhlələri daha da çətin vəziyyətə salıb. DİA.AZ bildirir ki, artıq neftçilər də M.Qəhrəmanlıya hazırda üzləşdikləri çətinlikləri yazmağa başlayıblar. Biz də dia-az.life olaraq həmin gileylərdən bəzilərini olduğu kimi təqdim edirik. Beləliklə... Müsadil Tağıyev adlı neftçi yazır: "Mən operator işləyirəm 18 ildir peşə təlimatında 6 cı dərəcə vəzifə dərəcəsi var amma hec bir operator 6 cı dərəcəni verməyiblər.dəfələrlə müraciət etmişəm deyirlər ki 6 dərəcə hec kəsə verilmir .bir şeyi anlaya bilmirəm hazır rəsmi bildirin ki operator 5 dərəcəyə qədərdir .sənətdə 6 reallıqda 5 .adı var özü yox..." Yaşar Həsənov adlı neftçi yazır: "Maaş artımı o yana həmkarlar ittifaqı komitəsindən pul yardımı istədim sağolsunlar 50 manata gücləri çatıb..." Elşən Abdullayev adlı neftçi yazır: "Maas artimi usde gel odorantla isleyenlere zeherli madde pulu bele verilmir. . 2 ci dereceli tehlukeli madde ile isle amma pul verilmesin . . Maas artimi ancaq yuxarilar ozlerinucun edib..." İbadova Nazilə adlı istifadəçi yazır: "1400 baxiş oldu sikayet eledim o boyda baş ofisden ses cixmadi fehle insan deyilmi? bizi ne zaman gorecekler bizimde bogazimiz var bizimde ailemiz var bizde yasamaliyiq.Hami eyni emek haqqi almir.Dolanisigim çetindir maaş qalxsa en azindan bahalasmani cuzide olsa kompensasiya eder.Umid edirem sesimizi eşidecekler..." Rəşad Tağızadə adlı neftçi yazır: "Niyə səs çıxmır rəhbərlikdən? Əmək haqqı artımını socar yox prezident fərman verib. Elə düşünməsinlər ki rəhbərlər onlar artırır. Socar axırıncı dəfə 2012 də maaşı qaldırıb..." Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəflərin mövqelərini dia-az.life olaraq işıqlandırmağa hazırıq... Geri qayıt |