Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacıbala Abutalıbovun qadağasına etiraz edənlər toplaşdı

Hacıbala Abutalıbovun qadağasına etiraz edənlər toplaşdı


17-01-2014, 14:26
Hacıbala Abutalıbovun qadağasına etiraz edənlər toplaşdı
DİA.AZ: - Yanvar ayının 1-dən etibarən paytaxt Bakıda küçə ticarətinə Bakı şəhər Ticarət Departamenti tərəfindən qoyulan qadağa qəzet redaksiyalarına da ciddi zərbə vurub. Artıq bu barədə mövqelərini açıqlayan redaksiyalar qəzet satışının da eyni qadağa əsasında yasaqlanmasını etirazla qarşılayırlar.

Belə ki, ölkənin tanınmış qəzetlərindən olan «Yeni Müsavat» redaksiyası BŞİH Ticarət Departamentini məhkəməyə verməyə hazırlaşdığını bəyan edib. «Gündəm Xəbər» qəzetinin redaksiyası isə BŞİH-in binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.

Bu gün isə «Gündəm «Xəbər» qəzetinin redaksiyasında məlum qadağaya etiraz olaraq tədbir düzənlənib. Bu barədə DİA.AZ-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumatdan aydın olur ki, artıq əldə yayım firmalarının nümayəndələrinin və həmçinin qəzet redaksiyalarının iştirakı ilə təşkil olunan tədbir başlayıb.

Geri qayıt