Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Türkiyədə Rza Zərrabın azərbaycanlı məmur ortaqları araşdırılır
Türkiyədə Rza Zərrabın azərbaycanlı məmur ortaqları araşdırılır17-01-2014, 14:45 |
DİA.AZ: - Hazırda Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən çox ciddi ittihamların hədəfinə çevrilən və aparılan istintaq müddəti boyunca İran İslam Respublikasına qarşı Qərbin iqtisadi sanksiyalarının yarılmasında əsas iştirakçılardan biri kimi diqqətə gələn azərbaycanlı iş adamı Rza Zərrabla bağlı yeni məlumatlar üzə çıxıb. DİA.AZ bu barədə Türkiyə KİV-lərindən əldə etdiyi məlumatlara istinadən bildirir ki, Rza Zərrab istintaqla ilk günlərdə «əməkdaşlıq» etsə də, sonradan ifadə verməkdən yayınıb. Xatırladaq ki, tanınmış gənc iş adamı həbs olunduğu ilk günlərdə «əmrləri İrandan və Azərbaycandan aldım» şəklində bir ifadəsi ilə diqqətə gəlmişdi. Sonradan Azərbaycanın hətta Türkiyədəki elçiliyi belə Rza Zərrabla xüsusi açıqlama vermək zorunda qaldı. Belə ki, Türkiyə KİV-lərində «Bakıda doğulmuş» ifadəsi ilə anılan Rza Zərrabın Azərbaycanda doğulmadığını ölkəmizin Türkiyədəki diplomatları xüsusi açıqlama ilə bəyan etdilər ki, bu da rəsmi Bakı adına heç də müsbət bir hadisə kimi qarşılanmadı. Yəni belə bir təəssürat yarandı ki, Azərbaycan dövləti sanki əslən Azərbaycan türkü olan Rza Zərrabdan imtina edir. Halbuki Şimali Azərbaycan dövlətinin dünyada yaşayan bütün azərbaycanlıların vətəni olduğu hər zaman bəyan edilib. Və Rza Zərrab məsələsində bu cür həssaslığın nümayişi heç də xoş bir hal olaraq qəbul edilmədi. İndi isə aydın olur ki, rəsmi Bakının belə bir tələskən addımı səbəbsiz deyilmiş. Xatırladaq ki, bu barədə əvvəllər də müəyyən bilgiləri diqqətinizə təqdim etmişdik. DİA.AZ Türkiyə KİV-lərinə istinadən bildirir ki, artıq Rza Zərrabın Azərbaycandakı ortaqları ilə bağlı məsələ də aktuallıq qazanıb və Türkiyə əmniyyəti bu yöndə xüsusi araşdırma aparır. Hər halda, bu araşdırmaların hansısa azərbaycanlı məmurun həbsilə yekunlaşacağı gözlənilən deyil. Doğrudur, Türkiyə məhbəsində artıq bir gömrük məmurumuz saxlanılır. Amma Rza Zərrab işi ilə bağlı Türkiyənin Azərbaycandan kiminsə həbsini istəyəcəyi gözlənilən deyil. Geri qayıt |