Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BUNLARI DURDURUN: Vergi Xidmətinin özü büdcənin QƏSDİNƏ DURUB...

BUNLARI DURDURUN: Vergi Xidmətinin özü büdcənin QƏSDİNƏ DURUB...


14-02-2023, 15:12
BUNLARI DURDURUN: Vergi Xidmətinin özü büdcənin QƏSDİNƏ DURUB...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Faktor Qrup-S-1” QSC (VÖEN- 1604133621) olub.
Baş İdarə “Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 11 ay üçün (23.01.2023-31.12.2023) 1 milyon 435 min 140 manat ödəniləcək (hər gün üçün təxminən 4 min 196 manat). Rəqəmlərdən də göründüyü kimi, Baş İdarə icarəyə götürdüyü ofis sahəsinə hər ay təxminən 130 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Faktor Qrup-S-1” QSC “Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. Faktor Qrup-S-1” QSC 2020-ci ildə, “Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
Tikinti sektorunda fəaliyyət göstərən şirkətlər bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olublar.
//Yeniavaz.com//
Geri qayıt