Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Kapital Bank" vətəndaşların DİZİN NECƏ YERƏ GƏTİRİR...
"Kapital Bank" vətəndaşların DİZİN NECƏ YERƏ GƏTİRİR...17-02-2023, 12:11 |
"Kapital bank"la vətəndaş arasında 17.06.2021- ci il tarixdə (Cİ1084588) kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən 60 ay müddətində 800 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılıb. Vətəndaş aldığı bu pulun müqábilində banka əsas və faiz borclarını ödədikdən sonra əsas borcu 650 manat olub. Bundan sonra vətəndaşın ödəmə imkanı müvəqqəti olmadığından bank notariusa müraciət edib. 17 saylı notarius 2023- cü il tarixdə 8i- 193 nömrəsilə reystrdə qeydə alına İcra qeydi edib. Həmin icra qeydinə əsasən vətəndaşadan bankın xeyrinə 826.35 manat tutulması qeyd edilib. İcra qeydi artıq icra icraatına yönəldilib. Vətəndaşa həmin pulu 10 gün müddətinə ödəməsinə dair xəbərdarlıq gəlib. İlk baxışda qanuni görünən bu işlərdə xeyli qanunsuzluq və quldurluq əməlləri var. Hardan ilham alıb bu qanunsuz və quldurluq əməlləri? Əlbət də ki zaman- zaman vətəndaşların əleyhinə və bankları xeyrinə sünnət edilən qanunlardan. Qayıdaq əsas mətləbin üzərinə. Bank 20 sentyabr tarixdə vətəndaşa bildiriş göndərib. Həmin bildirişdə yazıb ki, artıq sizin banka ümumi 751 manat borcunuz var. 63 gün gecikmə üzrə 177, 23 manat gecikmə borcunuz yaranıb. Burada əsas borcun və faizin nə qədər olması göstərilməyib. Vətəndaşın bankla apardığı danışıqlar bir nəticə verməyib. Yəni Birkart kredit xətti kredit müqaviləsinə çevrilməyib. Bundan sonra bank vətəndaşa 15 dekabr 2022- ci il tarixdə yeni bildiriş göndərib və yazıb ki, artıq sənin banka ümumi 826,35 manat borcun var. Gecikmə günü 153 gündür. Bildirişlər arası hesabata nəzər salaq. 20 sentyabırda vətəndaşın banka gecikmə günü 64 gün olub. 15 dekabırda artıq bu edib 153 gün. 20 sentyabrdan 15 dekabra kimi keçən vaxt gün hesabı ilə edir 85 gün. 64 günün üstünə 85 günü gələndə alınan günün sayı bərabər olur 149 günə. 153 gündən bu rəqəmi çıxanda qalır 6 gün. Deməli, bank burdan bura vətəndaşa 6 gün atıb. Dediklərim tam aydın olsun deyə bir daha bəzi faktları xüsusi olaraq vurğulayıram. Deməli, vətəndaşın sonuncu dəfə əsas borcu olub 650 manat. 650 manatın 29 faizdən ( hələ onu demirəm ki, bu faizin özündə də bir quldurluq əlaməti var. Dövlətimizin pulu xaricdə 3 faizlə yatrıma qoyulub. Amma öz vətəndaşna 29 faizlə verilir) illik borcu eləməlidi 188 manat. 188 manatı 12 aya böləndə aya düşür 15 manat. 149 günümüz isə edir uzağı 5 ay. 5 ayı 15 günə vuranda alınır 75 manat. Deməli, 650 manat əsas borcun üstünə 75 manatı gələndə vətəndaşın 29 faizlə banka borcu 725 manat etməlidi. Bank isə vətəndaşdan 836 manatı qışqırda- qışqırda almaq üzrədir. 836 manatdan 725 manatı çıxanda yerdə qalır 111 manat. İndi vətəndaş bu 111 manatın mübahisəsini aparmaq üçün məhkəməyə müraciət etməlidi. Mülki qanunvericiliyə edilən dəyişikliklərə nəzər salanda görürük ki, fağırın ayağının altında çoxlu quyular qazılıb. Məhkəmə əmri artıq məcəllədən çıxarılıb. Məhkəmə əmrindən şikayət verib onu dəyişdirmək və məhkəm icraatı qaydasında aparmaq çox rahat idi. İndi Notarius qeydindən məhkəməyə ümumi qayda əsasında iddia ərizəsi vermək məcburiyyətində qalmışıq. Hərkənd bu İcra qeydindən şikayət etmək üçün Azərbaycan Respublikasının MPM - nin içərisinə bir maddə belə salınmayıb. Nə isə... İndi vətəndaş bu 111 manatın mübahisəsinə məhkəmə qaydasında baxılması üçün nə etməlidi. Başlağıcda məhkəməyə 100 manat dövlət rüsümu ödəməlidi. Əvvəllər bu 10, sonra 30, indi isə 100 manat olub. Daha sonra notariusa ən azı 5- 6 sənədi 5 manatdan təsdiq etdirib 30 manat ziyana düşməlidi. Əvvəllər sənədin biri 1 manata təsdiq edilirdi. İndi isə 5 manat olub. Ardınca ən aşağısı 500 manat verib vəkil tutmalıdı. Bundan aşağı qiymətə vəkil tutmaq nanümkündür. İndi yazdığım məsrəflərin ünümi məbləği toplam olaraq edir 630 manat. Bu birinci instansiya məhkəməsində çəkiləsi xərcdir. Bunun üzərinə apelyasiya və ali məhkəmə məsrəflərini gələndə alınan rəqəm edir 1890 manat. Deməli, vətəndaş 111 manatlıq Kapital bank quldurluğunun qarşısını almaq üçün məhkəməyə ən azında 1890 manat xərcləməlidi. Hələ udmağı da sual altındadı. Milli Məclisdə oturan və bankların xeyrinə, xalqın əleyhinə belə qanunlar qəbul edən deputatlarımız hansı məntiqlə fikirləşirlər, görəsən? Belə qanunları imzalayan hörmətli prezident niyə ancaq 100 faiz bankın halına yanır, 1 faiz millətin yox. Və bu bank niyə bu qədər amansızlıq edir öz xalqına qarşı, görəsən? Nədən Notariatlar bu qədər əndazəni aşırlar, axi? Və bu işlər nə vaxta qədər beləcə davam edəcək, görəsən? Hüquqşünas Mübariz Məsimoğlu AZƏRBAYCANREALLIĞI.COM Geri qayıt |