Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Pişik Günel"ə bahalı hədiyyə bağışladı: Türkiyə zəlzələsindən üz döndərdi

“Pişik Günel"ə bahalı hədiyyə bağışladı: Türkiyə zəlzələsindən üz döndərdi


17-02-2023, 15:15
“Pişik Günel"ə bahalı hədiyyə bağışladı: Türkiyə zəlzələsindən üz döndərdi
Bir neçə gündür qardaş ölkə Türkiyədə baş vermiş zələlə ilə bağlı ölkə başçısının göstərişi ilə 1000-ə yaxın xilasedici Türkiyəyə göndərilmişdir. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə humanitar yardımların demək olar ki, bu günə kimi ardı-arası kəsilmir.

Hətta qardaş ölkəyə Azərbaycanın sıravi vətəndaşından tutmuş tanınmış iş adamlarına kimi humanitar və maddi yardımların edildiyini görürük, amma təəsüflər olsun ki, ölkədə xeyli sayda tikinti maqnatı var ki, onları bu işdən kənarda gördük. Özləri haqqında mediada axtarış etsən kifayət qədər mənasız işlərinə rast gəlmək olar, bahalı restoranlarda böyük məbləğlərdə hesablardan tutmuş "Pişik"Günelə mənzil bağşlamalarına kimi...

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunlardan biri də adı yerli KİV-lərdə müxtəlif qalmaqallarda hallanan ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində əsasən "Milli Məclisin deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olunmasını qadağan etməsi"-nə baxmayaraq adı böyük biznes inperiyasında hallanan Kristal Abşeron” MTK-nın sahibi Ağalar Vəliyevdir.

Biz millət Vəkilimiz Ağalar müəllimin adını “Pişik” Günel ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovaya “Kristal Abseron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsini hədiyyə etdiyini eşitdik, bahalı həyat tərzi yaşamasını, bahalı restoranlarda yüksək məbləğlərdə hesablar verdiyini də yerli medialarmızda oxuduq.

Amma nədənsə qardaş ölkə matəm içində olan bir vaxtda Ağalar müəllimi qardaş ölkəyə etdiyi yardımını görmədik, Görünür cənab millət vəkilinin başı yeni lahiyələrə, yeni bina tikintilərinə möhkəm qarışıb ki, hüzun içində olan qardaşlarmızada yardım etmək yaddan çıxıb.

44 günlük vətən müharibəsi zamanı fədakar və qüdrətli Azərbaycan ordusu düşmənin əzmini qırıb işğal altında olan torpağlarımızı azad etdiyi bir dönəmdə demək olar minlərlə ordumuzun əsgər və zabitləri şəhidlik zirvəsinə ucaldı, minlərlə gəncimiz ağır yaralanıb qazi oldu, heç o zamanda biz Ağalar Vəliyevi istər şəhid, istərsədə qazi ailəsində görə bilmədik. Bəlkədə Ağalar müəllimin bu cür vətənpərvərlik işlərində yaxından işdrak edib mənəvi və maddi yardım etməsinə hansısa fotosu var?

İnanırıq ki bu suala bu yaızını ouyub müəllimə məruzə edən şəslər tənqidimizdən nəticə çıxarıb hörmətli Ağalar müəllimə düzgün istiqamətin yolunu izah edəcəklər

AZƏRBAYCANREALLIĞI.COM

Geri qayıt