Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “İcra başçısı Rafael Babayev evimi qanunsuz olaraq sökdürdü”
“İcra başçısı Rafael Babayev evimi qanunsuz olaraq sökdürdü”21-02-2023, 11:50 |
Naxçıvan şəhəri, Şahbuz rayon sakini Quliyev Xudaverdi Allahverdi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev oğlunun evini qanunsuz olaraq sökdürüb: “Mən, Şahbuz rayonu, Badamlı qəsəbəsi sakini Quliyev Xudaverdi Allahverdi oğlu, yazaraq sizə bildirirəm ki, 1996-ci ildən 910 kv.metr torpaq sahəsində tikili evim vardı. 2003-cü ildə oğlum evləndikdən sonra həmin evdə yaşamağa başladı. 2011-ci ildə isşizlik səbəbilə Bakıya getdilər. 2020-ci ildə Badamlı qəsəbəsinin icra nümayəndəsi mənə xəbər göndərdi ki, sən ya evini yüksək səviyyədə təmir etdirməlisən, ya da ev sökülməlidir. “Niyə” deyə soruşduqda mənə dedilər ki, Vasif Talıbov buradan keçəcək, ev görünüşlü olmalıdır, ya da söküləcək. Qəsəbənin açılışında Vasif Talıbov iştirak edəcəkdi. Bu sözdən sonra Şahbuz rayonunun İcra başçısı Rafael Babayevin qəbuluna getdim. Ona dedim ki, 4 uşaq atasıyam, evimi təmir etdirməyə imkanım yoxdur. Oğlum 2 uşaq atasıdır, işsizlikdən Bakıya köçüb. O da eyni sözü deyərək, otaqdan çıxmağım üçün mənə yol göstərdi. Təxminən 15 gün sonra məni təcili şəkildə oğlumun evinə çağırdılar. Evə yaxınlaşanda ərtafında polisləri, fəhlələri görüb dəhşətə gəldim. Polislər mənə dedilər, səni çağırdıq ki, gəlib evin sökülməsində iştirak edəsən. Neynəsəm də mümkün olmadı, Rafael Babayev və müavini Tural gözümün önündə evimi yerlə yeksan etdilər. Evi əşyaları ilə birlikdə sökdülər. Dedilər ki, səsini çıxarsan səni bölməyə aparacağıq, orda da olanları bilirsən. 1983-cü ildən baxıb, yetişdirdiyim meyvə ağaclarını qurudub, kökünü kəsdilər. Neçə aylardır R.Babayevin qəbuluna gedib xahiş edirəm ki, oğlumun evinin tikilməsində mənə köməklik etsin, hər dəfə yalanlarla məni yola verir. Xahiş edirəm şikayətimi işıqlandırın, bəlkə mənə köməklik göstərilə”. Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”// Geri qayıt |