Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MSK və DSK-ların maliyyə oyunları kimlərin başında çatlayır
MSK və DSK-ların maliyyə oyunları kimlərin başında çatlayır24-02-2023, 11:50 |
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Dairə və Məntəqə Seçki Komissiyaları üçün ayrılan maliyyə vəsaitlərinin düzgün xəclənməsi ilə bağlı bütün DSK-lara 30 yanvar 2023-cü il tarixli 10/20-58 №li rəsmi məktub göndərib. Həmçinin,30 yanvar 2023-cü il tarixli 10/20-57 №li məktubunda Dairə Seçki Komissiyalarının illik saxlanması ilə bağlı xərclər smetasını təsdiqləyib. 2023-cü ilin seçici siyahılarının hazırlanması(dəqiqləşdirlməsi) ilə bağlı ayrılan xərclərin smetasında isə bir neçə diqqətçəkən məqam var. Gəlin,diqqət yetirək: 211900 xərc maddəsində əməyin ödənişi ilə bağlı nəzərəd tutulan maliyyə bölməsinin b) bəndində məntəqə seçki komissiyası 20 gün müddət üçün 200(iki yüz) manat,katib üçün 180 manat, üzvlər üçün isə 165 manat ödəniş(maaş) nəzərdə tutulub.Ancaq ödəniləcək məbləğ sədrə 133 manat, katibə 120 manat, üzvə isə 110 manat göstərilib. MnSK sədrinin kartına 107 manat, katib(lərin) kartına isə 95 manat vurulub.Əcaba niyəəə? Axı müvafiq qaydalara görə 200 manata qədər olan məbləğlərdən vergi tutulmur. Belə olan halda ortaya bir neçə sual çıxır: 1.Görəsən, Azərbaycan elminin görkəmli nümayəndəsi,professor,ATƏT-in seçki missiyasının labrintə salan,adını ölkəmzin seçki tarixinə silinməz şəkildə yazdıran, MSK-nın sədri Məzahir Pənahov bilmir ki, ölkə minimum əmək haqıdan aşağı maaş ödənilə bilməz? 2. Yoxsa,qibleyi-aləm Məzahir müəllim də özünə “cuppulu dövlət” yaradıb və istədiyi qərarları müstəqil qəbul edir? 3.Unikal bacarıqları ilə Avropanı təəccübləndirən cənab Pənahov, siz bilirsinizmi keçirilən seçkilərin bütün yükünü(qanuni,qanunsuz,doğru,saxta) məntəqə seçki komissiyaları çəkir? Siz sadəcə hazırına nazir məntəqələrdə tərtib olunmuş protokollardakı nəticələri MSK-nın İnformasiya Mərkəzinin bazasına daxil edirsiniz və siyasi hakimiyyət qarşısında da “ən ayaxşı kişi” siz olursunuz. 4.Niyə sizi hakimiyyətin qarşında “yaxşı kişi”, “çox bacarıqlı rəhbər” edən seçki məntəqəsinin heyətinin əməyini qul əməyi kimi qiymətləndirirsiniz? 5.Maraqlıdır, əksər fəaliyyətlərin elektronlaşdığı bir vaxtda, eyni zamanda aktiv seçki ili olmadığı halda hər Dairə Seçki Komissiyası üçün 1550 manat ölkədaxili ezamiyyə xərcinin ayrılması nə dərəcədə düzgündür? 6. Plastik kartlara xərclər smetasında vəsait ayrıldğı halda niyə DSK-lar MnSK-dan 10-15 manat pul yığıblar? Başqa bir sual:Həqiqətənmi ezamiyyə pulları DSK-lara gəlib çatır? Çünki dəfələr bir neçə rayonun DSK üzvləri narazılıq ediblər ki,öz cibimizin pulu ilə gedirik MSK-ya.Təbii ki,belə olan halda DSK-lar da həmin pulu Məntəqə üzvlərinin canından çıxarmalı olur. Görəsən niyəəə? Yuxarıda göstərilən məsələlərə aydınlıq gətirmək üçün Mərkəzi Seçki Komissiyasının rəsmi mövqeyini öyrənmək cəhdimiz boşa çıxıdı.Belə ki, qurumun saytındakı telefon nömrələrinə etiyimiz zənglər cavabsız qaldı,dəstəyi qaldırına olmadı. Bütün hallarda Mərkəzi Seçki Komissiyasının mövqeyini dərc etməyə hazırıq. Dunyaninsesi.Az Geri qayıt |