Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Tovuzda ƏCAİB-QƏRAİB İŞLƏR...
Tovuzda ƏCAİB-QƏRAİB İŞLƏR...24-02-2023, 12:56 |
Tovuz rayonu, Qovlar şəhər sakini Qarayeva Adilə Zaman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona aid olan torpaq sahəsində başqa şəxsin ev tikdiyini bildirir: "Mən, Qarayeva Adilə Zaman qızı, yazaraq sizə başıma gələn haqsızlığı bildirmək istəyirəm. Tovuz rayonu, Qovlar şəhərində mənə məxsus 30 sot torpaq sahəsi var. Amma həmin torpaq sahəsində başqa şəxs ev tikib. Hal-hazırda da bütün sənədlərdə mənim adım qeyd olunub. Buna baxmayaraq İcra Hakimiyyətindəki rəsmi şəxslər tərəfindən işimə baxılmır, “bizə aid məsələ deyil” deyirlər. Sənədlə, sübutla göstərirəm ki, bu torpaq mənimdi, baxmırlar”. Bu məsələ ilə bağlı Tovuz rayonu, Qovlar qəsəbəsinin İcra nümayəndəliyi əlaqə saxladıq. Bizə bildirdilər ki, torpaq sahibi xanım mütləq şəkildə məhkəməyə müraciət etməlidir: “Bizim qanunla elə bir səlahiyyətimiz yoxdur ki, gedib kimisə evindən çıxaraq və yaxud da evini sökək. Məhkəmənin qərarından sonra iş icra oluna bilər”. Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az// Geri qayıt |