Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `LEOBANK`dan dünyada analoqu olmayan bir addım...
`LEOBANK`dan dünyada analoqu olmayan bir addım...3-03-2023, 12:23 |
Müştəri məmnuniyyəti sıfır olan və daim şikayət edilən Leobank vətəndaşın cari hesabındakı vəsaitdən də vergi tutur. Tribunainfo.az xəbər verir ki, bu barədə keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli məlumat paylaşıb. İqtisadçı qeyd edib ki, Leobankın vətəndaşın cari hesabındakı vəsaitdən vergi tutması dünyada analoqu olmayan fırıldaqdır: “Deyəsən, adamlar banklarda pul saxlamaqdan vaz keçəcəklər. Mənim depozitim yoxdur, kartda 700 manatdan bir az artıq pulum var, bu cari hesabdır və depozit hesabı deyil. Depozit hesabdan vətəndaş pul qazanır və vergi tutulmasını haradasa anlamaq olar. Ancaq cari hesabdakı vəsaitdən vergi tutmaq dünyada analoqu olmayan bir addımdır”. Tribunainfo.az Geri qayıt |