Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qazax-Tovuz Ərazi Məşğulluq Mərkəzi niyə Gədəbəylə maraqlanmır..?

Qazax-Tovuz Ərazi Məşğulluq Mərkəzi niyə Gədəbəylə maraqlanmır..?


3-03-2023, 12:27
Qazax-Tovuz Ərazi Məşğulluq Mərkəzi niyə Gədəbəylə maraqlanmır..?
Şöbə müdiri Zaur Məcidli məşğulluq adı altında özü üçün qoyun-quzu, mal-qara, toyuq-cücə biznesi qurub Məlumdur ki, bu gün dünyada ən ciddi problemlərdən biri də işsizlik problemidir. Hətta bir çox ölkələrdə seçki öncəsi gələcək dövlət başçıları işsizliyi nə qədər azaldacağını, nə qədər iş yerləri açacağı barədə vədlər verir.
Sözün qısası məşğulluq məsələsi bütün dünyada ciddi problemdir. Məhz buna görə də, cənab Prezident İlham Əliyev hələ illər öncə “Neft kapitalını insan kapitalına çevirək” şüarını irəli sürdü və yeni iş yerlərinin açılmasını özünün başlıca məqsədi elan elədi.
Məlumdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir. Əvvəllər hər rayonda məşğulluq idarələri var idi. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin təşəbbüsü ilə Məşğulluq Xidmətində islahatlar aparıldı və nazirin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olundu və bunların yerində 14 ərazi üzrə yeni qurum yaradıldı. İqtisadi rayonlar üzrə bölgünü təqdim edirik: Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron-Xızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); Qazax-Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); Quba-Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran-Astara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil-Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şəki-Zaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); Şirvan-Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları). İndi isə gələk əsas mövzumuza.
Deməli, nazirin yaratdığı yeni qurumlardan biri də Qazax-Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzidir (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları). Bu mərkəzə, yəni Qazax-Tovuz Regional Məşğulluq filialına Gədəbəy rayon xidmət şöbəsi aiddir. Şöbə müdiri Məcidli Zaur Əliflam oğludur. Onu qeyd edək ki, məşğulluq üçün dövlətimiz kifayət qədət vəsait ayırır. Məsələn məşğulluq üçün vətəndaşlara mal-qara saxlamaq üçün vəsait ayrılır. Amma Gədəbəy məşğulluq şöbəsində işsiz vətəndaşlara inək, qoyun vermək adı altında külli miqdarda dövlət vəsaitini mənimsəyirlər.
Guya əmək yarmarkaları təşkil etmək, işsizlərə iş yeri təklif etmək adı ilə dövlət vəsaitini basıb yeyirlər. Bu mərkəzlər işlərini AR-nın “Məşğulluq haqqında” Qanunu ilə tənzimləməlidirlər. Amma… Gədəbəy Məşğulluq mərkəzi burada əsl bazar açıb. Vətəndaşlara verilən mal-qaranın kağız üzərindəki qiyməti ilə real bazrdakı qiyməti arasında 3-4 dəfə fərq var. Aradakı fərq isə müdirlərin cibinə gedir. Hətta güya kağız üzərində məşğulluq üçün torpaq ayrılır, əkilir, biçilir və s, amma hamısı kağız üzərində, pullar isə mənimsənilir. Şöbə müdiri Zaur Məcidli məşğulluğun hesabına özü üçün qoyun-quzu, mal-qara, toyuq-cücə biznesi qurub.
Bir sözlə, vətəndaşların məşğuliyyətinə ayrılan pulların hesabına milyonçu olub. Daha doğrusu, imkansız şəxsləri deyil, öz qohum-əqrəbalarını işsiz kimi qeydiyyata alıb dövlət vəsaitini qohumlarına verir. Bir məsələ maraqlıdır ki, görəsən, cənab nazir Sahil Babayev bu boyda əməlləri görmür…? Görürsə yəgin ki, Sahil Babayevlə şərik işləyirlər.
//gundelik-baku.com//
Geri qayıt