Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BU NƏDİ BELƏ: Korrupsioner məmurlar əfv olunacaq?

BU NƏDİ BELƏ: Korrupsioner məmurlar əfv olunacaq?


10-03-2023, 12:34
BU NƏDİ BELƏ: Korrupsioner məmurlar əfv olunacaq?
Bu il ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv sərəncamının imzalanacağı gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası gündəlik baxdıqları ərizələrlə bağlı da mütəmadi olaraq informasiya yayır.

Kimlərin əfvlə bağlı müraciət etdiyi açıqlanmasa da, onların arasında sabiq məmurların da olduğu istisna olunmur.

Nəzərə alsaq ki, həbsdə olan məmurların demək olar hamısı korrupsiya və rüşvətə görə həbs olunub, bu şəxslər əfvə düşə bilərmi?

DİA.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, qanun bunu qadağan etmir:

“Bizdə əfv məsələlərində Prezident sərbəst qərar verir. Bəzi ölkələrdə buna məhdudiyyət var. Bəzi cinayətlərə görə əfv nəzərdə tutulmur. Əslində mən də bunun tərəfdarıyam.

Dəfələrlə demişəm ki, Azərbaycanda korrupsiya ilə mübarizə aparmağın yeganə dövlət məmurlarının yüksək maaş almasıdır. Eyni zamanda da onlar korrupsiyaya yol verərsə, ömürlük azadlıqdan məhrum edilməlidir və əfv də onlara şamil olunmamalıdır. Korrupsiya əməlinin fərqi yoxdur, hətta bizneslə məşğul olan məmurlar da korrupsiyoner hesab edilir. Yəni bu olmadıqca, Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq mümkün deyil. Çünki məmurlar düşünür ki, nə istəyirəm edim, onsuz da əfvə düşəcəm. İndi əgər böyük korrupsiya əməlləri törədən məmurlar əfv olunsa, son illərdə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində görülən işlər hamısı heç olacaq.

Məsələn, bank sədrini, icra başçılarını həbs etdilər, digərlərinin canına müəyyən qədər qorxu düşdü. İndi korrupsioner məmur əfv olunsa, digərlərinin də canındakı qorxu çıxacaq”.

Geri qayıt