Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda icra hakimiyyətinin işçisi vətəndaşlara TƏZYİQ EDİR?
Bakıda icra hakimiyyətinin işçisi vətəndaşlara TƏZYİQ EDİR?10-03-2023, 15:07 |
DİA.AZ: - "Nərimanov rayonu, Mayakovski 15 ünvanında, 61 mənzilli binanın 250-dən sakini sizin vasitənizlə Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevdən xahiş edirik ki, bütün kömək müraciətlərimiz yönləndirilir Nərimanov rayon icra hakimiyyətinə". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir. Müraciət müəllifləri daha sonra yazırlar: "Hörmətli Cənab Prezident daha öncədə Sizə müraciət etmişik kömək üçün, Prezident Administrasiyasından ərizə məktubu şikayət etdiyimiz Nərimanov RİH-nə gəlib. İcra hakimiyyətinin baş məsləhətçisi Əbdülov Eldəniz sakinlərə təzyiq göstərərək, çıxarışlı mənzilləri 2000 azn/kv qarşılığında satmağı tələb edir. Bu qiymətə nəinki yaxın ərazidə, heç şəhər kənarında belə almaq olmur mənzil. Cənab Prezident, xahiş edirik bizim məktublar yönləndirilməsin Nərimanov rayon icra hakimiyyətinə, öz nəzarətinizə bizim problemi görürəsiniz. Hüquqlarımız tapdalanır və hara müraciət edirik hamısı Nırimanov RİH-nə baxılması üçün göndərir. Ümid yerimiz və sığınacağımız yer yalnız Sizsiz Hörmətli Prezidentimiz!" Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |