Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səfər Əbiyevi qondarma Quba üsyanı bitirib
Səfər Əbiyevi qondarma Quba üsyanı bitirib22-01-2014, 14:07 |
DİA.AZ: - Quba hadisələrinin ikinci ilinin tamamı ərəfəsində ortaya ilginc faktlar çıxıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən xəbər ötürülüb. Qaynaq iddia edir ki, 1 mart hadisələri zamanı vəzifəsini itirən sabiq icra başçısı Rauf Həbibov artıq özəl araşdırmaları hesabına həmin hadisələrin əvvəlindən planlaşdırıldığını tam olaraq sübuta yetirib və hətta bu barədə dövlət başçısına belə məruzə edib. Mənbə bu arada ilginc faktları da açıqladı: «Məlum olub ki, Quba hadisələri əslində qisasçılıq zəminində törədilib. Belə ki, sabiq icra başçısı Rauf Həbibova qarşı keçmiş müdafiə naziri Səfər Əbiyev və onun adamı kimi tanınan, deputat Vahid Əhmədov SƏFƏRBƏR olaraq bir olay çıxarıblar. Təbii ki, Səfər Əbimyev bu olayın bədəlini ödəməli idi. Artıq yetərincə intriqalara cəlb olunan Səfər Əbiyevlə bağlı prezidentin başqa gümanları olsa da, son anda aldadıcı sakit görünüşə malik olan Səfər Əbiyevlə bağlı qəti qərar verilir. 22 oktyabr tarixində. Yəni Quba hadisələrinin də Səfər Əbiyevin istefaya göndərilməsində payının olduğu danılmaz faktdır». Geri qayıt |