Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Köçkün ailəsi İlham Əliyevdən kömək istədi
Köçkün ailəsi İlham Əliyevdən kömək istədi22-01-2014, 16:07 |
Ağdam rayonundan qaçqın Firdovsi Quliyev çərşənbə günü RATİ-də ailəsinin üzləşdiyi ağır sosial durumla bağlı mətbuat konfransı keçirib. Ağdamın işğalından sonra Quzanlı kəndində məskunlaşan Quliyevlər ailəsinin kiçik övladı, 1989-cu il doğumlu Cəlaliyyənin səhhətində problemlər yaranıb. Buna ciddi əhəmiyyət verilməyib. Daha sonra uşağın bədəni şişməyə başlayıb. Məlum olub ki, soyuqdəymə nəticəsində böyrəklər funksiyasını yerinə yetirə bilmir. Övladının müalicəsini aparmaq məqsədilə F.Quliyev Yevlaxa köçməli olub. Burada müəyyən müddət müalicədən sonra Gəncəyə köçüb. Gəncədə də bir müddət müalicə aldıqdan sonra həkimlər şəhər xəstəxanasının texniki-avadanlıq baxımından müalicəni davam etdirməyə gücü olmadığını bildirilər. Beləliklə, Quliyevlər Bakıya köçməli olublar. 1993-cü ildən bu yana müalicənin davam etməsinə baxmayaraq, hər-hansı müsbət irəliləyiş yoxdur. Ailə əlində olan bütün maliyyə vəsaitlərini mülaicəyə həsr edib. Bundan əlavə, F.Quliyev böyük qızının mənzilini satmağa belə məcbur olub. 2000-ci ildə İtaliyada, 2002-ci ildə Almaniyada qısamüddətli müalicə də nəticə verməyib. Ailənin maddi durumu ağırlaşıb, ayrı-ayrı rəsmi qurumlara edilən müraciətlərə isə ümumiyyətlə cavab verilməyib. Xəstəlik isə daha da ağır formaya keçib. Belə ki, onurğa sütunu əyilib, sifətinin bir hissəsində əyrilik yaranıb, bədənin sol hissəsi inkişafdan tamamilə dayanıb. Son olaraq, ağır maddi sıxıntılar üzündən F.Qulievin hamısı qız uşaqları olan böyük övladları ali təhsillərini yarımçıq qoyublar. Yaşadığı Binəqədi rayonunda mağaza açmaq üçün iczaə alsa da, iş bundan o yana getməyib, bürokratik əngəllər üzündən hər şey dayanıb. F.Quliyev şəxsi avtomobli ilə taksi xidməti göstərməklə 7 baş ailə üçün ancaq çörəkpulu qazana bilir. G.Quliyev dövlət başçısı İlham Əliyevə, deputat Mehriban Əliyevaya müraciət edərək, ailənin düşdüyü bu duruma biganə qalmamağa, övladının müalicəsində yardımçı olmağa çağırır. Geri qayıt |