Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azər Zeynalov arının balını yox, pulunu yeyib: Vasif xanla bərabər
Azər Zeynalov arının balını yox, pulunu yeyib: Vasif xanla bərabər20-03-2023, 08:22 |
Hesablama Palatası Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində yoxlamalar aparır. Artıq bir həftədi davam edən yoxlamalar süni mayalanma və arıçılıq üzrə fermerlərə ödənilən subsidiyaları əhatə edir. DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, yoxlamalar nəticəsində subsidiyaların ödənilməsində ciddi korrupsiya faktları aşkarlanıb. Sübuta yetirilib ki, subsidiyaların mənimsənilməsində bu gün Naxçıvana faktiki rəhbərlik edən və Prezidentin səlahiyyətli nümayəndəsini belə incə hiyləgərliyi ilə istədiyi istiqamətə yönləndirən Azər Zeynalovun xüsusi rolu olub. İddialar inansaq, Azər Zeynalov illərdir fermerlərə ödənilməli olan ödənişlərin ayrı ayrı şəxslərin hesabına köçürülərək bir yerə toplayıb Vasif Talıbova çatdırırmış. Faktlar əsasında araşdırma aparan auditlər muxtar respublikanın fərqli yerlərində olub və sahibkarlara ödənilən subsidiyaları arı yeşiklərini saymaqla yoxlayıblar. O da bildirilir ki, subsidiyaların mənimsənilməsində Azər Zeynalovun əsas köməkçisi Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov olub. Vəli Novruzovun bu vəzifəyə gətirilməsi də təsadüfi deyilmiş. Sən demə, Vəli Novruzov Naxçıvan Havalimanının rəisi Mənşur Gülməmmədlinin iki tərəfli qohumu imiş. Həm o, Mənşur Gülməmmədlinin, həm Mənşur müəllim onun həm yeznəsi, həm qaynı imiş. Yəni Mənşur müəllim Vəlinin, Vəli də onun bacısı ilə ailə həyatı qurub həm qohumluqlarını, həm də vəzifələrini qarantiya altına alıb. Geri qayıt |