Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > GÖZLƏNİLƏN OLDU: Şahin Bağırov İSTEFAYA ÇAĞRILDI

GÖZLƏNİLƏN OLDU: Şahin Bağırov İSTEFAYA ÇAĞRILDI


24-03-2023, 13:18
GÖZLƏNİLƏN OLDU: Şahin Bağırov İSTEFAYA ÇAĞRILDI
DİA.AZ: - "İllərdir dediyimiz kimi, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur. Dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır. Ümumiyyətlə, bizim gömrük orqanlarının mahiyyəti, strukturu, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil. Çünki şimal qunşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib". DİA.AZ xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspert hesab edir ki, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur: "Ona görə də Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəzdində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır. Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir. Bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar. İstehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq".

Geri qayıt