Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əhməd Əhmədzadənin adamının Sabirabadda gizli yanacaq biznesi
Əhməd Əhmədzadənin adamının Sabirabadda gizli yanacaq biznesi23-01-2014, 13:48 |
Zakir Quliyevin yerinə keçmiş qohumunun biznes imperiyası DİA.AZ: - Ötən ilin sentyabr ayının 2-də belə bir rəsmi informasiya yayıldı ki, Kürdəmirdə qanunsuz olaraq dizel yanacağı satan şəxs polis əməkdaşı tərəfindən saxlanılarkən özünü yandırmağa cəhd göstərib. Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində "Kür-Araz çaylarının bəndatma" İdarəsində sürücü işləyən Sabirabad rayonunun Cavad kənd sakini Zabit Ağayev ona məxsus "UAZ" markalı avtomaşından qanunsuz olaraq dizel yanacağı satdığına görə həmin ərazidə xidmət aparan Kürdəmir RPŞ-nin polis sahə inspektoru, polis kapitanı Aqil Kərimov onu saxlayarkən Z.Ağayev özünü yandırmağa cəhd göstərib. Sahə inspektorunun səyi nəticəsində bu cəhdin qarşısı alınıb, yüngül yanıq xəsarəti almış Z.Ağayev xəstəxanaya yerləşdirilib. Toplanmış materiallar rayon prokurorluğuna göndərilib. Amma bu faktın ortaya çıxmasından sonra özünü öldürmə, intihar həddinə çatdırma maddəsi ilə əlaqədar açılan cinayət işindən bir məlumat almaq mümkün olmayıb. Sürücü özünü niyə öldürmə həddinə çatmışdı. Əslində bu günlərdə daxil olan informasiya kifayət qədər maraqlıdır. Bu olayla az da olsa əlaqəsi olan fakt kifayət qədər diqqəti çəkir. Sabirabaddan daxil olan məlumata əsasən əslində Zabit Ağayev özünü yandıran zaman orada tək olmayıb. İnformasiyaya əsasən sürücü işlədiyi idarənin rəhbər vəzifəli şəxsləri ilə birlikdə olub. Lakin idarənin rəhbərliyi özünü bu faktdan gizlədə bilib. Məlumatlara əsasən Sabirabad Raoyon Bəndatma İdarəsinin rəisi olan Elman Nuriyev özünü yandırmaq istəyən sürücünün doğma bibisi nəvəsidir. Sürücü isə öz təşəbbüsü ilə yanacaq satmayıb. Bu barədə məlumat verən mənbə iddia edir ki, idarənin rəisi Elman Nuriyev bütün qohumlarını işlə təmin edib. «Bu idarədə işləyənlərin böyük əksəriyyəti Sabirabadın Cavad kəndindəndir. Əksəriyyəti də Elman Nuriyevin bacısının həyat yoldaşı, qardaşı, qardaşı oğludur. Məsələn Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşı Nurunu və Sakit Gülməmmədovu işlə təmin edib» deyə rayondakı mənbəmiz bildirdi. Mənbə iddia edir ki, idarəyə məxsus olan texnikalar üçün bütün ehtiyat hissələri Elman Nuriyevin qardaşına məxsus olan Heydər Əliyev prospektindəki dükandan alınır. Dövlət büdcəsi tərəfindən texnikaların ehtiyat hissələrinin alınması üçün idarə rəisi qardaşının dükanı vasitəsilə külli miqdarda vaəsaiti «silir». Bundan başqa idarəyə məxsus olan yanacağın müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bu informasiyaları qəzetimizə verən mənbə iddia edir ki, əslində Elman Nuriyev rayonda çox böyük bir biznes imperiyası qurub və ailə üzvlərindən başqa heç kim yaxına buraxılmır. Mənbə iddia edir ki, Elman Nuriyevi himayə edən isə Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin müavini Zakir Quliyevdir. «Zakir Quliyev Əhməd Əhmədzadənin müavini olmamışdan öncə, Elman Nuriyevin yerində işləyirdi. Müavin gedəndən sonra öz bibisi oğlunu yerinə təyin etdirdi» deyə mənbə əlavə etdi. Qeyd edək ki, Əhməd Əhmədzadənin Sabirabaddakı adamı ilə bağlı olaraq redaksiyamıza olduqca mühim faktlar daxil olub. İdarə rəisi Elman Nuriyevin böyük mal-qara fermaları, rayonlarda olan biznes strukturları barədə də bilgilər əldə etmişik. Bizi izləyin. Araşdırmalarımız davam edəcək. Geri qayıt |