Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər
Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər24-01-2014, 15:15 |
DİA.AZ: - Daha bir dövlət qurumu dəyişiklik ərəfəsindədir. DİA.AZ-ın Nazirlər Kabinetindəki mötəbər mənbələrdən aldığı informasiyada bildirilir ki, əmlak məsələləri üzrə dövlət komitəsində kadr islahatlarının keçirilməsi planlaşdırılır. Mənbə iddia edir ki, konkret olaraq iki idarə müdiri vəzifəsindən alınacaq. Eyni zamanda komitənin yerlərdəki nümayəndələrinin də bəzilərinin vəzifəsindən alınması nəzərdə tutulub. Bu arada məlumatı verən mənbənin sözlərinə görə, ƏMDK sədri Kərəm Həsənovun özünün durumu da ürəkaçan deyil. Belə ki, ona olan etimadı çoxdan itirən Kərəm Həsənov hakimiyyətin aparıcı fiqurlarından olan prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun da qəzəb hədəfindədir: «Bəylər Əyyubovun yaxın qohumlarından birinə ƏMDK tərəfindən problem yaradılmışdı. Hadisə keçən il baş versə də, bu məsələyə görə, general komitə sədrindən hələ qisas almayıb. Və indi məqamı yetişdiyindən Kərəm Həsənov ciddi zərbələrə hazır olmalıdır». Geri qayıt |