Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda ƏDV-ni NİYƏ VERMİRLƏR?
Naxçıvanda ƏDV-ni NİYƏ VERMİRLƏR?5-04-2023, 10:14 |
Naxçıvanda „ƏDV geri al“ layihəsinin adı olsa da, özü işləmir. Muxtar respublika ərazisində ödənilmiş ƏDV-ni geri almaq üçün kassa çeklərinik sistemə yükləməkdə problemlər yaranır. Bu səbəbdən, müştərilər geri alacaqları vəsaitdən məhrum olurlar. Yerli sakinlər bildirir ki, sistemdəki problem bilərəkdən yaradılır ki, ƏDV-lər geri ödənilməsin, əhaliyə qaytarılmalı olan pul mənimsənilsin. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup yerli sakin məlumat verib. İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda isə, bunun əksi iddia olunur. Məlumatda bildirilir ki, 2022-ci ilin dekabrından 2023-cü ilin mart ayına kimi Naxçıvanda 184.522 kassa çeki üzrə 56,5 min manatdan çox ƏDV geri qaytarılıb. ƏDV-sini geri ala bilməyən sakinlər bu rəsmi xəbərin həqiqəti əks etdirmədiyini bildirirlər. Naxçıvan şəhər sakini Fatimə Zeynalova deyir ki, indiyə kimi dəfələtlə cəhd etsə də ödədiyi ƏDV-ləri geri almaq mümkün olmayıb: “Yükləmə zamanı qeydiyyatdan keçmək tələb olunur. Hər dəfəsində qeydiyyatdan keçirəm. Lakin geri qaytarılan ƏDV-ni yükləmək mümkün olmur. Sonuncu dəfə aptekdən 150 manatlıq dərman aldım. Geri qaytarılacaq ƏDV-ni yükləmək üçün cəhd etsəm də, yeni alınmadı. Apteklə əlaqə saxladım. Aptekçi problemi təsdiqlədi, lakin problemin onların verdiyi kassa çekindən qaynaqlanmadığını, sistemdə problem olduğunu bildirdi. Sonra etiraf etdi ki, digər müştərilər də bu məsləyə görə ciddi narazılıq edirlər, onlar da bu iradları, narazılıqları lazımı orqanlara çatdırıblar. Lakin nəticə olmayıb”. Naxçıvan şəhərindəki marketlərin birinin sahibi olan R. Məmmədov da ƏDV-nin geri alınmasında ciddi problemlərin olduğunu təsdiq edir: “Əvvəllər çox zaman müştəriyə kassa çeki vermirdik, Vasif Talıbov qadağan etmişdi. Bu səbəbdən, mştəri ƏDV geri al proqramından da istifadə edə bilmirdi. İndi alış-veriş zamanı hər kəsə çek veririk. Çekdə hər şey normaldır. Sadəcə sistemdə problem var. Bu bizə aid problem deyil. Vergilərin problemidir. Müştərilər isə daim gileylənir. İradlarını bizə bildirirlər. Problemlə bağlı bir neçə dəfə Vergilər Nazirliyinə müraciət də etsək də, xeyri olmayıb”. Geri qayıt |