Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ramiz Mehdiyev yoxdur... amma AMEA-da yenə də ƏYRİ-ÜYRÜ İŞLƏR VAR
Ramiz Mehdiyev yoxdur... amma AMEA-da yenə də ƏYRİ-ÜYRÜ İŞLƏR VAR6-04-2023, 11:54 |
Nə qədər ki rüşvətxor, kəmsavad, saxta, riyakar alim selinin qarşısı alınmır, illüziyalara qapılıb alimizm-akademizmin qurbanına çevriləcəyik. "Levı" yolla pul qazanan riyakar, həya hissindən məhrum, əxlaqsız alimin üzünə tüpürülməyincə, onun əməlləri ifşa olunub hüquqi qiymət verilməyincə batdıqca batacağıq... *** ELAN "Azərbaycan Milli Elmlər Akademiyası fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir" – 30-40, yaxud 50-60 və daha çox alim “yetişdirənlər”ə şad xəbər! Elmə və insanlığa dəxli olmayan, şəxsi tamah və acgözlüklə məhdudlaşan bu “yetişdirmələr” cəmiyyətə nə alim, nə də insan qazandırır. Nəticə göz qabağında. Hansı korrupsioneri, hansı rüşvətxor əliəyrini tutursan, sənədlərinin arasından alim diplomu çıxır... *** Bayaq liftin qapısı açılhaaçılda elmlər doktoru olmağa hazırlaşan dosent Siddiqə Qıvşamışlı özünü məndən qabaq içəri saldı: Necəsiziniz, ay müəllim? Elə hey yazırsınız. Adamın ürəyindən tikan çıxır. Başqa adla izləyirəm yazılarınızı, həmişə də “like” qoyuram. Bir dənə də yazın, biz alimlərin maaşını qaldırsınlar, heç olmasa, Türkiyədəki kimi azı 2000-3000 alaq. Deyirəm, nə qədər maaş alırsan, Siddiqə? Deyir 599 manat 20 qəpik. Gözləmədən davam edir: Sağ olsun akademikimizi, şərait yaradıb, “levı” yollarla qazanırıq, amma yenə azdır e. 2000 də dövlət versə, yenə “levı” gəlirlə ayım 4-5 minə çıxar. Yoxsa belə çətindir. Dolanmaq olmur... *** Bax, belə. 10 000 maaş olsa da, “levı”dan əl çəkməyəcək dərəcədə pozulmuş beyin, puç olmuş mənəviyyat. Psixatrik klinikaların sayı isə çox azdır. *** İdris Abbasov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor DİA.AZ Geri qayıt |