Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Veteranın əlillik dərəcəsi niyə ləğv olundu?

Veteranın əlillik dərəcəsi niyə ləğv olundu?


7-04-2023, 15:13
Veteranın əlillik dərəcəsi niyə ləğv olundu?
Elmar Qəribov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Deyir, döyüş tapşırıqlarını yerinə yetirərkən müxtəlif xəsarətlər alıb.

Aldığı xəsarətlərdən sinir toxumalarının zədələndiyini deyən şikayətçi on ildir ki, ikinci dərəcəli əlillik pensiyası alırmış. Amma bu il təkrar müayinə zamanı onun əlillik dərəcəsi ləğv edilib. E.Qəribov isə səhhətində heç bir irəlləyiş olmadığını bildirir.

ƏƏSMN-nin sözçüsü Tural Qurbanov Toplum Tv-yə bildirib ki, həkim-ekspertlərin əyani müayinəsi zamanı məlum olub ki, E.Qəribovun hazırki sağlamlıq vəziyyətini əlillik təyinatına əsas vermir.

Şikayətçi isə bununla razı deyil.

Toplum TV



Geri qayıt