Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fuad Nəcəflidən ikinci Vasif Talıbov düzəltmə cəhdləri...
Fuad Nəcəflidən ikinci Vasif Talıbov düzəltmə cəhdləri...10-04-2023, 18:25 |
Əslində Nərimanovun büstünün timsalında Vasif Talıbovun NƏFƏSİ Naxçıvanda yenidən dikildi... Zatən arada bir fərq var idi, onu da qoruya bilmədilər... ZAVALLI camaat da ümiid edir(di) ki, təzə rəhbərlik Naxçıvanda DAĞ ÜSTÜNƏ DAĞ QOYACAQ... Dağ cəhənnəm yıxdığı büstün belə qırıntılarını yenidən bir-birinə yapışdırıb, əvəzinə ağac əkdiyi sahəyə yenidən dikməli oldu. Halbuki Nərimanovun yıxılan heykəlinin yerində ağac da əkmişdilər... Sadəcə, Bakının məlum basqısının ardından "Nərimanovun büstü təmirə götürülüb" deyərək anlamsız bir açıqlama verdilər... Məgər büstü yerli-dibli TƏMİRƏ götürürlər? Məgər təmirə gedən büstün yerinə ağac əkirlər? Təbii ki, hər kəs məsələnin nə yerdə olduğunu tam fərqindədir. Biz də fərqindəyik. Fərqindəyik ki, Fuad Nəcəfli elə də hökümlü deyil və istədiklərini edə bilmir. Əslində Vasif Talıbovdan sonra Naxçıvana belə bir zabitəli adam lazım idi. Çünki bu illər ərzində basqı altında yaşamış Naxçıvan camaatına Azərbaycanın digər yerlərində olan vərdiş etdiyimiz quruluşdan pay vermək heç də doğru hesab olunmurdu. Ona görə də Fuad Nəcəflinin bir qədər sərtliyi zərurəti var idi. Amma görünəni odur ki, rəsmi Bakı Naxçıvana paytaxtdan HÖKMLÜLÜK transfer etmək qərarını verib, kiminsə MUXTAR ZABİTƏSİNƏ yenidən imkan verilməyəck. Əslində rəsmi Bakı haqlı saymamaq da olmur. Çünki Vasif Talıbovdan sonra ikinci Vasif Talıbovun yetişməsi böyük zərbə ola bilər... Ona görə də, böyüklərimizin bu məsələdə kiçik maraqları güddüklərini söyləyə bilmərik. Amma ara yerdə Fuad Nəcəflinin xarizması çizildi... Sənə Nərimanov lazım idimi? Məhəmməd Ərsoy DİA.AZ-ın baş redaktoru Geri qayıt |