Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ŞOK: Cəbhə xəttindəki gərginliyin səbəbləri ilə bağlı ilginc məlumat

ŞOK: Cəbhə xəttindəki gərginliyin səbəbləri ilə bağlı ilginc məlumat


27-01-2014, 15:01
ŞOK: Cəbhə xəttindəki gərginliyin səbəbləri ilə bağlı ilginc məlumat
DİA.AZ: - Son günlər cəbhə xəttində yaranan gərginlik düşmən Ermənistanda böyük ajiotaja nədən olub. Belə ki, erməni xəbər portalları israrla hücum edən tərəfin Azərbaycan olduğunu qeyd etməklə yanaşı, həm də Azərbaycan ordusunun böyük itkilər verdiyini də dilə gətirirlər.

Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar isə ortaya tamam əks mənzərə çıxarır. Belə ki, Müdafiə Nazirliyindəki mənbələrimiz maraqlı bir məqama diqqəti yönəldirlər: «Hər halda, burada erməni tərəfinin iz azdırdığı tam ortadadır. Və əgər Azərbaycan ordusu onların iddia etdiyi kimi böyük itkilər veribsə, hanı bu itkilər?»

Mənbə bildirir ki, Ermənistan ordusu hücum edən tərəf olaraq böyük itkilər verib: «Onların rəsmi mətbuatı 10 əsgərlərinin öldüyünü tiraf edib. Bu faktdır. Amma nədənsə son günlərdə Ermənistanda əhalinin bu itkilərə etirazçı meyillərinin yarandığını gördüklərindən Azərbaycan ordusunun da ağır itkilər verməsi haqda dezinformasiyalar yayırlar».

Mənbəmizin sözlərinə görə, bu gün Qarabağ cəbhəsindəki fəallaşma Ermənistanın maraqlarına tam uyğundur: «Onlar böyük təhlükədən sığrtalanmağa çalışırlar». Onu da qeyd edək ki, xəbəri verən qaynaq hansı BÖYÜK TƏHLÜKƏDƏN söhbət getdiyini açıqlamayıb.

DİA.AZ-ın bu yöndə apardığı araşdırmalar isə ortaya ilginc faktlar çıxarıb. Belə ki, son günlər cəbhə xəttindəki gərginliyin səbəbkarı kimi Ermənistan tərəfi diqqətə gəlir. Amma burada maraqlı nüanslar var. Redaksiyamızın əldə etdiyi bilgilərə görə, əslində Rusiya ilə hələ keçən ilin sonlarından danışıqlar aparan rəsmi Bakı Qarabağın erməni işğalından azad edilməsi barədə anlaşmaya gəliblər. Bunun müqabilində isə Azərbaycanın gömrük ittifaqına qoşulacağı gözlənilir.

Bu barədə xəbəri verən qaynağın sözlərinə görə, artıq buna Ermənistan tərəfi də məcburi qaydada razılıq verib: «İlkin mərhələdə 3 rayonun azadlığı məsələsi gündəmdədir. Ermənistan tərəfi isə bu prosesi öz erməni xalqına yedirə bilməsi üçün bəri başdan ehtiyat tədbirlərinə əl atır. Yəni müharibə başlayır. Qısa müddətə aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan 3 rayonu azad edir. Buna isə Rusiyanın xeyir-duası var. Ermənistanın hökumət rəhbərliyi isə bu prosesin qurbanı olmaması üçün baş verənlərin təbiiliyi görüntüsünü yaratmağa çalışır».

Mənbəmiz onu da əlavə etdi ki, Ermənistan bu plana uyğun olaraq hərəkət edir… Hər halda, maraqlıdır…

Geri qayıt