Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > DİM-in bu şagirdlə QƏRƏZİ NƏDİR?

DİM-in bu şagirdlə QƏRƏZİ NƏDİR?


20-04-2023, 14:53
DİM-in bu şagirdlə QƏRƏZİ NƏDİR?
Buraxılış imtahanlarında iştirak edən Əhmədova Nur yanlışanlaşılmaya və imtahan nəzarətçisinin laqeydsizliyinə görə imtahanlardan xaric edilib. DİM isə məktəblinin yenidən imtahan verməsinə icazə vermir.

Tribunainfo.az xəbər verir ki, baş vermiş hadisəni şagirdin anası Ellada Sarvan ictimailışdirib. O bildirib ki, 9-cu sizin şagirdi Nur ədalətli olduğuna görə imtahanlara buraxmayıb:

“Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Əhmədova Nur imtahan binasına daxil olanda, yoxlandıqdan sonra keçib zala. Kurtkasını soyunanda cibində atasının (köhnə markalı Nokia, Nurun öz telefonu yoxdu) telefonu aşkar edib və dərhal təhvil verib nəzarətçiyə ki, bilməmişəm, cibimdə qalıb. Hadisə imtahana hələ bir saat 10 dəqiqə vaxt qalmış baş verib, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, uşağa qarşı kobudluq ediblər, ki “harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm?? Çıx öz problemini çöldə həll elə” deyib telefonu tullayıb stolun üstünə. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim, çıxartmayn məni. Deyiblər ki, kameralara düşüb telefon, xeyri yoxdu. Nuru binadan uzaqlaşdırıblar. Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb, Nurun telefona, şparqalkaya və s.ehtiyacı da yoxdu”.

DİM-in bu şagirdlə QƏRƏZİ NƏDİR?

Ailə uşağın yenidən imtahan verməsi üçün müraciət edib, lakin “yox” cavabı alıb:

“Həmin gün hava birdən dəyişdi, evdən çıxarkan dedim isti kurtkanı geyin. Telefon onun cibində imiş. Bilməyib. Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxdılar. Belə çıxır ki, yalan danışsaydı, heç kim o telefon haqda bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı??? Budu ədalət?!
Bunları başa düşdük. Onlar qanuna görə öz işlərini görüb. Dövlət İmtahan Mərkəzinə müraciət etdim ki, uşaq təkrar imtahan versin. Dedilər olmaz! Bəs DIM necə araşdırır olar ya olmaz? Nəyə görə mənim uşağımın atestatında ləkə qalmalıdı ki, bu uşaq 3 əsas fəndən 0 bal alır?
90+ alan uşaq niyə bu stressi çəkməlidi?? Mənəvi zərbə aldı, onun cavabını kim verməlidir?
Bu statusu yazmaqda məqsədim odur ki, araşdırılsın, mənim övladım imtahana buraxılsın.
Təəssüf ki, mənim heç bir sübutum yoxdu. Biz kameradakı görüntüləri istədik məktəbdən. Məlum oldu ki, heç kamera da yoxdu. Mənim sübutum mənim övladımdı.”

Geri qayıt