Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Allahşükür Paşazadə hansı məmurun oğlunun vəhabi olduğunu deyir

Allahşükür Paşazadə hansı məmurun oğlunun vəhabi olduğunu deyir


28-01-2014, 12:17
Allahşükür Paşazadə hansı məmurun oğlunun vəhabi olduğunu deyir
DİA.AZ: - Az əvvəl bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin çox sərt açıqlamaları yayıldı. Belə ki, “Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir” deyən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, son vaxtlar belə hallar artıb: “Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir”.

Şeyx Qazılər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: “Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.

Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: “İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.

DİA.AZ isə bu arada Şeyxin kimi, yəni hansı məmuru nəzərdə tuta biləcəyi ilə bağlı araşdırma aparıb. Xatırladaq ki, bir neçə gün əvvəl mətbuata ilk dəfə açıqlama verən və özünü sələfi qanadının nümayəndəsi kimi təqdim edən Zörab Şıxəliyev adlı şəxs bildirmişdi ki, o, məmurlara təşəkkür edir.

Bu isə Şeyxin açıqlamasında məmurların da hədəfə alınmasının təsadüfi olmadığını bir daha sübutlayan məqamdır. Əslində bu barədə DİA.AZ olaraq dəfələrlə çox ciddi faktları diqqətinizə çatdırmışdıq.

Redaksiyamızın əldə etdiyi son bilgilərdən aydın olur ki, hazırda təxminən 20-dən artıq məmurun övladı vəhabilərin nəzarəti altındadır. Daha dəqiqi, bu məzhəbə qulluq edir və bu gün həmin məmur övladları Suriyaya döyüşçü yollamaqla da məşğuldurlar. Bu barədə danışan mənbə iddia edir ki, artıq həmin məmur övladları ilə bağlı informasiyalar dövlətin müvafiq qurumları tərəfindən araşdırılır: «Elə buna görə də, Şeyx onları açıq şəkildə «vurmağa» başlayıb. Bir azdan adlar da çəkiləcək ki, bu da cəmiyyətdə böyük rezonansla müşaiyət olunacaq».

Geri qayıt