Əsas Səhifə > Güney Press > Naxçıvan təhsil nazirliyi İDDİALARA BELƏ REAKSİYA VERDİ

Naxçıvan təhsil nazirliyi İDDİALARA BELƏ REAKSİYA VERDİ


26-04-2023, 17:51
Naxçıvan təhsil nazirliyi İDDİALARA BELƏ REAKSİYA VERDİ
DİA.AZ: - Biir neçə gündür DİA.AZ olaraq Naxçıvan təhsili ilə bağlı redaksiyamızın əldə etdiyi bilgiləri paylaşırıq.

ƏLAQƏDAR YAZI BURADA: Ağlar günə qalan NAXÇIVAN TƏHSİLİ... - İLGİNC FAKTLAR AÇIQLANDI

Bunun bağlı DİA.AZ-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən münasibət açıqlanıb.

Redaksiyamıza göndərilən açıqlamanı olduğu kimi təqdim edidik: "Hörmətli DİA.AZ saytı, sizin 26 aprel 2023-cü il tarixli “Ağlar günə qalan NAXÇIVAN TƏHSİLİ... - İLGİNC FAKTLAR AÇIQLANDI” başlıqlı verdiyiniz xəbər tamamilə əsasızdır. Məqalədə bildirirsiniz ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri Rəşad Əlizadənin oğlu Yusuf Əlizadə, Naxçıvan Dövlət Gömrük komitəsinin keçmiş sədri Səhhət Həbibbəylinin oğlu İsa Həbibbəyli, Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyevin oğlu Bayram Əliyev və digərləri təhsil nazirliyi vasitəçiliyi ilə Respublika fənn olimpiadaları və beynəlxalq olimpiada qalibi olaraq, qeyri qanuni şəkildə ali məktəblərə imtahansız qəbul olunublar.
Bildiririk ki, 2020-ci ildə keçirilən Respublika Fənn Olimpiadalarında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri Rəşad Əlizadənin oğlu Yusuf Əlizadə Riyaziyyat, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyevin oğlu Bayram Əliyev isə Azərbaycan dili fənlərindən qalib olublar. Nəzərinizə çatdırırıq ki, 2020-ci ildə hər iki şagirdimiz IX sinifdə təhsil alıblar. 2022-ci ildə isə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə keçirdiyi qəbul imtahanlarında Yusuf Əlizadə Naxçıvan Dövlət Univeristetinin İqtisadiyyat fakultəsinə, Bayram Əliyev isə Naxçıvan Univeristetinin Xarici dillər fakultəsinə qəbul olub.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş, Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydasına uyğun olaraq riyaziyyat fənni üzrə olimpiada qalibi olan şagird müsabiqədən kənar iqtisadiyyat fakultəsinə qəbul ola bilməz. Həmçinin olimpiadalarda Azərbaycan dili fənnindən iştirak edən şagird müsabiqədənkənar xarici dil fakultəsinə qəbul ola bilməz. Bu faktları siz Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən, Naxçıvan Dövlət Univeristetindən və Naxçıvan Univeristetindən də dəqiqləşdirə bilərsiniz.
Məqalədə adı çəkilən Naxçıvan Dövlət Gömrük komitəsinin keçmiş sədri Səhhət Həbibbəylinin oğlu İsa Həbibbəyliyə gəldikdə isə nəzərinizə çatdırırıq ki, həmin şagird hər hansı bir univeristetdə təhsil almır. İsa Həbibbəyli ADA Univeristetinin nəzdində fəaliyyət göstərən liseyin 10-cu sinifində təhsilini davam etdirir.
Vəzifədə olan nazirlik işçiləri və şöbə müdirlərinin əksəriyyəti ya diplomları saxtadır ya da 50 ballıq fiziki tərbiyə, təsviriincəsənət ya da ki musiqi müəllimliyi ixtisaslarıdır iddianıza cavab olaraq bildirik ki, nazirlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yüksək bal toplayan ixtisaslı kadrlardır.
Məqalədə Şərur Rayon Təhsil Şöbəsi ilə bağlı həqiqətə uyğun olmayan məsələlərlə bağlı bildiririk ki, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( Keçmiş Lenin adına APİ ) riyaziyyat – informatika fakültəsinə daxil olmuşdur. 1993-cü il tarixdə həmin fakültənin riyaziyyat-informatika müəllimliyi ixtisasını bitirmişdir.
Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan Şərur şəhər 1 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Məmmədova Səmayə Həbib qızı qismən analıq məzuniyyətində olduğundan Şərur şəhər 1 nömrəli tam orta məktəbin direktoru Çingiz Rzayevin 16.09.2019-cu il tarixli 96 nömrəli əmrinə əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Çiçək Əli qızı müvəqqəti olaraq UBTR-i vəzifəsinə təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 07.04.2023-cü il tarixli 61 nömrəli əmrinə əsasən Seyid Müseyikazım Mirsalehəddin oğlu 07.04.2023-cü il tarixdən Şərur rayon Turist-Diyarşunsalıq Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. Şərur rayon Təzəkənd tam orta məktəbinin direktor müavini, ( Şərurlu ) Quliyev Əli Fərman oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq 10.01.2018-ci il tarixdən Culfa rayon Teyvaz kəndində ixtisası üzrə tarix müəllimi təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 11.04.2022-ci il tarixli 167 nömrəli əmrinə də əsasən Təzəkənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur.
Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və Şura iclaslarında məktəb direktorları ilə nəzakət qaydalarına daima diqqət yetirilir, məktəblərdə fəaliyyət göstərən vəzifələr üzrə qadın və kişi cinsin nümayəndəsi olmasına baxmayaraq, hər bir sahənin vəzifə səlahiyyətləri özlərinə tapşırılır.
Saytınıza daxil olan məlumatların Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə dəqiqləşməsin apardıqdan sonra yayılmasını tövsiyyə edirik".



Geri qayıt