Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İsa Həbibbəylinin özü burda... SÜLALƏSİ DƏ ORDA...
İsa Həbibbəylinin özü burda... SÜLALƏSİ DƏ ORDA...29-04-2023, 16:42 |
DİA.AZ: - "Sizə deyim Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdən. Yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri qanuni şəkildə Küznüt məktəbindən birbaşa məktəbə həm müəllim, həm də təlim -tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovadan (bu arada qeyd edim ki, hər ikisi də Isa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır, Vüsalə Qənbərova həm də təhsil nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumudur)". Btünü bunlar DİA.AZ-a göndərilən və Naxçıvan təhsilindəki eybəcər durumu əks etdirən faktlarda əks olunub. Bu barədə DİA.AZ-a göndərilən məqalədə daha sonra deyilir: "Demək, hər iki şəxsin məktəbdə etdikləri qanunsuzluqlarin həddi hesabı yoxdur, nədənsə şikayət edəndə "nazir bilir", "nazirin xəbəri var", "icazəsin almışıq" cavabını verirlər. Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var, bu siniflərin sinif rəhbərlərinin demək olar ki əksəriyyəti məktəbin vəzifəliləridədir. Sinif rəhbərləri 5a -kitabxana müdiri, 6a təlim -tərbiyə işləri üzrə direktor müavini, 6b-8a -psixoloq, 8b-direktor, 7c-uşaq birliyi, 9a-təşkilatçı, 11b-hərbi rəhbər kimi icra edirlər, sənəd üzrə sıravi müəllimlərin adına yazılib pulları müəllimlər alıb çatdirirlar sadaladiğım şəxslərə. Bundan əlavə, uşaq birliyi rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda həm 12 saat dərs yükü əlavə olaraq 12saat məktəbə hazırlıq qrupunun və 7c sinifinin sinif rəhbəridir. Məktəb üzrə Naxçıvan, Ortaq türk və Zəfər tarixi dərsdənkənar məşğələ saatlarını direktor mənimsəyib, üstəgəl tədris etmir. Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Əliyeva Leylanın adına yazılir, psixoloq Pərvanə Vəliyeva nəzarət edir... sənədləşməsini aparır jurnalları işləyir, onun da pulu direktora çatır (bu arada qeyd edim ki Pərvanə müəllimə Isa Həbibbəylinin gəlinin daycanısidir). Məktəbdə olan 4 ölü can yanvar ayından dirilib işə çıxırlar. Bu sadaladıqlarım məktəbdə baş verən qanunsuzluqların bir qismidir". DAVAMI MÜTLƏQ VAR... Bizi izləməkdə davam edin... iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |