Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qabaqcıl təhsil işçisini ÇİLƏDƏN ÇIXARDILAR...

Qabaqcıl təhsil işçisini ÇİLƏDƏN ÇIXARDILAR...


3-05-2023, 11:43
Qabaqcıl təhsil işçisini ÇİLƏDƏN ÇIXARDILAR...
DİA.AZ: - Sabirabad şəhər S.Vurğun küç 81a ünvanında yaşayan Birinçi Qarabağ müharibəsinin III qrup əlili, Tərəqqi medallı, Qabaqçil təhsil işçis Mil-Muğan Peğional Təhsil İdarəsinin Sabirabad Təhsil sektorunun metodisti Ağayev Əlisahib Bəybala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirirəm ki, şəkərli diabet xəstəsiyəm. İnsilun qəbul edirəm. Hüquqlarımın pozulması ilə əlaqədar aprel ayında üçün etiraz əlaməti olaraq dərman perapratlarn almaqdan mən imtina etmişdim. 01.05.2023- ci il tarixdə məcuburiyyət qarşısinda qalıb dərman perapetlərimi xəstəxanadan götürdüm. 23.01, 09.03, 09.03,07.04, 12.04, 14.04, 17.04, 19.04, 20.04, 21.04, 24.04, 25.04, 27.04 tarixlərində İcbari Tibbi Sığortanın 1542 qaynar xəttinə, 12.04, 19.04, 20.04, 21.04, 24.04, 25.04, 27.04 tarixlərdə isə TƏBİB-in 815 qaynar xətlərinə müraciət edərək köməklik göstərilməsini xahiş etmişəm. Etdiyim bütün müraciətlərdə mənə bildirirdilər ki, müracıətiniz qeydə alınıb yönləndirildi. Amma bu günə kimi heç bir müraciətlərimlə bağlı bir məmur mənə nə şifahi və ya rəsmi cavab verməyib. Dərmanlarımı xəstəxanadan götürəndə mənə bildirdilər ki, özünə xidmət alət vasitələri olan insulin splisi və test çubuğu Sabirabad rayon xəstəxanasına verilmir. Həmin səbəbdəndə qaynar xəttə mən müraciət etdikdə yalandan bildirirlər ki, müraciətiniz yönləndirilir. Əgər xəstəxanaya hansısa peraprat verilmirsə mənim müraciətim necə cavablandırıla bilər.Tək bir dəfə elektron müraciətimə rəsmi cavab məmur Q.Quliyev tərəfindən verildi. Mən cətinlıklə Q.Quliyevlə məktubda göstərdiyi telefonla əlaqə saxladıqdan sonra mənə bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005 ci il 13 may tarixli 87 saylı qəraqıına uyğun bütün ləvazimatlar sizə veriləcək, xəstəxana sizinlə əlaqə saxlayacaq. Mən xəstəxanada olarkən mənə bildilər ki, onlar sizi aldadırlar. Bizə nə verirlərsə biz onu sizə catdırırıq. İndiyə kimi mənə bildiriblər ki, 6 ayda sənə 25 test cubuğu verilməlidir. İnsulin qəbul edən gündən bu günə kimi 1 ədəd insulin şplisi almamışam. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005 ci il 13 may tarixli 87 saylı qəraqı ilə tanış ölduqda mənə məlum olub ki, özünənəzarət vasitələri ayda 50 ədəd test cubuğu və şpris qələmləri üçün uclıq 60 ədəd verilməli olduğu halda hələ xəstəxanadan bir ədəd almamışam. Sual edirəm bu qədər müddətdə mənə məxsus özünənəzarət vasitələri kimlər tərəfindən mənimsənilib. Sidikdə şəkəri və asetonu təyin etmək üçün test aparatı və onun çubuğunun nə olduğunu görməmişəm bilmirəm. Sidik testi üçün cubuq 3 ayda bir qutu 50 ədəd olmaqla götürməmişəm.Mən dəfələrlə onlara bildirmişəm ki, sağlamlıq durumumda baş verə biləcək hər hansı xoşagəlməz hadisə və ya problem yaranarsa bütün məsuliyyət sizlərin üzərinə düşür. 02.05.2023-ci il tarixdə təkrar 1542 yə 7 dəfə müraciət etdim. Bildirdim ki, aprel ayı üçün dərmanlarımı vurmaq üçün şplis istəyirəm. İcbari Tibbi Sığorta Agentliyinin "1542" qaynar xəttinə 9.18 radələrində müraciət etdim. Məni dinləyən xanım məmur məni dinləmək əvəzinə təqqir etdi, hətta bundan zövq aldı. Belə başa düşdüm ki, həmin məmur ölkə prezidenti İlham Əliyev cənablarını bir dəfə də olsun dinləməyib.Məmurlar vətəndaşların müraciətlərini dinləməli və onlara xidmət göstərməlidirlər".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt