Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ŞOK: Özünü yandıran Bərdə sakini də Qarabağ əlilidir və başçı ilə görüşdən çıxıbmış…
ŞOK: Özünü yandıran Bərdə sakini də Qarabağ əlilidir və başçı ilə görüşdən çıxıbmış…29-01-2014, 14:34 |
DİA.AZ: - Dünən axşam saatlarında Bərdənin Alpout kənd sakininin icra hakimiyyətinin binası yanında özünü yandırması barədə xəbərlər yaılıb. Bununla bağlı DİA.AZ-a Bərdə sakinləri ilginc məlumat veriblər. Qeyd edək ki, olayın yerli icra başçısının nəzarəti altında saxlandığı bildirilir ki, bu da təsadüfi deyilmiş. Sakinlərin bildirdiyinə görə, Bərdə sakini Maarif Vəliyev dünən icra başçısı Vidadi İsayevin qəbulunda olub və ondan ailəsini dolandıra bilməsi üçün dəstək istəyib. Sakinlərin sözlərinə görə, Qarabağ müharibəsi əlili olan və 5 uşaq atası olan Maarif Vəliyev icra başçısından əkməyə torpaq sahəsi istəsə də, icra başçısı Vidadi İsayev onun xahişinə rədd cavabı verib. «Bundan sonra Qarabağ əlili icra hakimiyyətinin binasından çıxıb və özünü yandırıb» deyən sakinlər bildirir ki, əlili yaxınlıqda olan icra başçısının müavini Vidadi İmanquliyevin sürücüsü keçirib və dərhal da xəstəxanaya yerləşdirib. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilir. Geri qayıt |