Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı təhsil idarəsinin 139 saylı dərdi...
Bakı təhsil idarəsinin 139 saylı dərdi...13-05-2023, 11:36 |
Tam məsuliyyətlə demək olar ki, hər bir millətin gələcəyi körpələr evində, uşaq bağçalarında formalaşır. Körpələr uşaq bağçalarında onlara qarşı amansız olan dayələrdən qəddarlıq, rüşvət alan müəllimlərdən rüşvətxorluq, onların qidasını oğurlayıb evinə daşıyan müdirlərdən oğurluq və s öyrənirlər. Və beləcə millətin gələcəyi olan uşaqlar lap erkən yaşlarında neqativ əməlləri görürlər. Ölkə mediasında hər gün uşaq bağçalarında uşağın yıxılıb xəsarət alması, dayə tərəfindən döyülməsi haqqında xəbərlər yazılır. Biz hələ dövlətə məxsus uşaq bağçalarına qəbul zamanı rüşvət hallarının baş alıb getməsindən, dövlət vəsaiti hesabına körpələrə ayrılan ərzaq və qida məhsullarının satılmasından danışmırıq. Körpələrə verilən və içərisində vermişeldən başqa heç nə olmayan su yıxantısını yeyən uşağın sağlamlığı necə ola bilər..? Ona görə də mütləq ən azı Bakı şəhərindəki uşaq evlərində, bağçalarda dövlət tərəfindən ciddi yoxlama, monitorinq keçirilməlidir. Və baş verən qanunsuzlqulara, hətta cinayət əməllərinə son qoyulmalıdır. Biz bir media olaraq dəfələrlə yazmışıq ki, müxtəlif bağçalarda verilən ərzaqlar uşaqlara tam olaraq çatdırılmır. Yeməklər keyfiyyətsiz ərzaqlardan bişirilir. Bu səbəbdən uşaqlar belə xörəkləri yeməkdən imtina edirlər. Nəticədə uşaqlar yarıac qalırlar. Bu da azyaşlıların sağlamlığına ziyandır. Görəsən, nə üçün möhtəbər komissiya, həkimlər uşaqlar üçün qida rasioni hazırlamır. Yoxsa, hər uşaq bağçası özü bildiyi kimi qidaları uşaqlara verir. Biz hələ uşaq bağçalarındakı ilkin tədrisin çox aşağı olmasından danışmırıq. Birincisi, müəllimələrin, hətta bağça müdirlərinin təhsili, dünyagörüşü çox aşağıdır. Belə olan halda bu şəxslər uşaqlara nə öyrədə bilərlər..? Uşaq bağçalarında gigiyenik normalara da riayət olunmur. Hələ bu haarsıdır..? Allah qoymasa, uşaq bağçaları da korrupsiya poliqonuna çevrilib. Bu uşaq bağçalarının reklamına baxanda adam az qala hayıl-mayıl olur. Amma... Sözün qısası, uşaqlarımızın gələcəyini təhlükə altına qoyan uşaq bağçalarından biri də Bakının Nəsimi rayonu, Vaqif pr. 5 ünvanda fəaliyyət göstərən 139 saylı körpələr evi - uşaq bağçasıdır. Bağçanın müdirəsi Fərəcova Aytən Yusif qızıdır. İndi gəlin 139 saylı uşaq bağçasının reklamına nəzər salaq: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Bunu oxuyanda adam istəyir desin ki, avazın yaxşı gəlir, Aytən xanım, amma... Bəli, Aytən Fərəcovanı tanıyanlar yaxşı bilir ki, çox savadsız və dünyagörüşü dar olan bu xanım belə bir kollektivə rəhbərlik edə bilməz. Bağçanın müdirəsi olan Aytən Fərəcova elementar proqram hazırlamağı bilmir. Aytən Fərəcovanın bildiyi bir iş varsa, o da valideynlərdən pul tələb etməkdir. Bir də... Yazının girişində əbəs yerə korrupsiya məsələsini qabartmadıq. Aytən Fərəcovanın kollektivində xeyli sayda “ölü canlar” var. Onların maaşlarının kimin cibinə getdiyi də hamıya bəllidir. Bununla kifayətlənməyən Aytən Fərəcova tez-tez dayələri, mühafizəçiləri işdən uzaqlaşdırıb, yenilərini axtarır. Və yeni dayələrdən, mühafizəçilərdən nə isə alaraq onları işə qəbul edir. Bir sözlə, Aytən Fərəcovanın “karusel”i dayanmadan işləyir və nə isə gətirir. Görəsən, belə əməllərin sahibi olan, üstəlik savadsız Aytən Fərəcova necə bağça rəhbəri ola bilib..? Bəs bütün bunlar ortada olduğu halda Bakı Şəhər Təhsil İdarəsi hara baxır..? //gundelik-baku.com// Geri qayıt |