Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcraçı Kredit Agentliyi dövlətin aqrar siyasətini necə təhdid edir?
İcraçı Kredit Agentliyi dövlətin aqrar siyasətini necə təhdid edir?30-01-2014, 12:42 |
PİA.AZ ötən həftə Kəndə Təsərüfatı Nazirliyinin xətti ilə yaradılmış İcraçı Kredit Agentliyi (İKA) ilə bağlı məlumat dərc etmişdi. Həmin yazıda qeyd edilirdi ki, Dünya Bankı ilə Azərabaycan arasında kənd təsərürrfatının inkşafı üçün bağlanmış müqavilə əsasında İcraçı Kredit Agentliyinə ayrılan milyonlarla dollar vəsaitlər adı çəkilən qurumun rəhbəri Arif Əliyev və təsisçilər tərəfindən öz şəxsi maraqların naminə istifadə edilir və mənimsənilir. Qeyd edək ki, “İcraçı Kredit Təşkilatı” MMC Bank olmayan kredit təşkilatının 5 bölgədə Masallı, Şəki, Gəncə, Beyləqan və Naxçıvar MR nümayəndəlikləri var. Eyni zamanda agentliyin nümayəndəliklərinin kurasiyasında olan rayonlarada 82 kredit təşkilatı fəaliyyət göstərir. Bildirək ki, Dünya Bankı ilə son 7 ildə kənd təsərrüfatının inkşafı üçün İKA-ya üst-üstə 50 milyondan çox vəsait ayırıb. İcraçı Kredit Təşkilatındakı maliyyə maxinasiyaları ilə bağlı PİA.AZ-ı məlumat verən mənbə bildirir ki, Kənd Təsərüfatı yanında Dövlət Kredit Agentliyinin xətti ilə son 5 ildə adı çəkilən quruma üst-üstə 100 milyon mantadan çox vəsait ayrılıb ki, regioanlarda fərdi sahibkarlara kənd təsərrüfatının inkşafı üçün kreditlər verilsin. Amma İKA rəhbəri Arif Əliyev və ortaqları bu kreditləri sırf öz şəxsi biznesləri, təsərrüfatları üçün istifadə ediblər. Məlumatda o da qeyd olunurdu ki, İKA kredit təşkilatlarına 10 fazilə ayırdığı kənd təsərüfatının inkşafı üçün ayrılan kreditlər rayonlarada vətəndaşlara, fermerlərə 22-25 fazilə verilir və sənədləşdirmələrdə kənd təsərüfatı yox, sahibkarlıq fəaliyyəti adıyla sənədləşdirilir. Qeyd edək ki, səsələndirilən iddialarla bağlı İKA-dan redaksiyamıza təkzib gəldi və bildirirldi ki, “İcraçı Kredit Agentliyi haqqında verilən məlumatlar əsassızdır və böhtan xarakterlidir. Bu məsələ ilə bağlı PİA.AZ məlumat verən mənbə bu təkziblə bağlı bildirdi ki, qurumun nizamnaməsində maxinasiyaların həyata keçirilməsi üçün xüsusi maddə yer alıb. Belə ki, nizamnamədə göstərilir: “İcraçı Kredit Təşkilatı kənd təsərrüfatının inkşafı üçün qurumlara, təşkilatlara, fərdlərə 150.000 manatadək, illik 10 %-lə 36 aya qədər müddətinə kredit verir”. Eyni zamanda nizamnamənin başqa bir yerində isə İcraçı Kredit Təşkilatı tərəfindən Kiçik və orta biznesin inkşafı üçün aşağıdakı şərtlər əsasında kreditlər verilir. İllik faiz dərəcəsi - 25 %-dək; Muddəti - 12-36 ay; Ödəmə - aylıq bərabər hisssələrlə (annuitet) və ya azalan balansla; Kreditin məbləği - 25 000 manatadək kredit verilə bilər İllik faiz dərəcəsi - 30%-dək Muddəti - 12-24 ay (zaminliklə verilən kreditlər 18 aydan çox ola bilməz) ; Borcalanın həyatının siğortalanması (məbləğın 1 %-i); Mənbəninin bildirdiyinə görə İcraçı Kredit Agentliyi kənd təsərrüfatının inkşafı üçün regionlardakı kredit təşkilatlarına ayırdığı milyonlarla manat vəsaiti təşkilat sənədləşdirmələrində 10 % -lə yazılmış amma vətəndaşlara kiçik sahibkarlıq adı altında 25-30 % -lə verilib. Bundan başqa Agentliyin rayonlardakı təşkilat rəhbərləri ayrılan vəsaitlərin böyük bir hissəsini İKA-nfn rəhbəri Arif Əliyevin “xeyir duası” ilə 10% adı altında götürərək öz şəxsi bizneslərinin inkşafında istifadə ediblər. Apardığımız araşdırmamızda məlum oldu ki, İcraçı Kredit Agentliyin Beyləqan rayonunda fəaliyyət göstərən 7 kredit təşkilatı (Aşıxlı Kİ, Ceyhun Kİ, Əlinəzərli Kİ, Optimal Kİ, Şahsevən Kİ, Hacıoğlu Kİ, Xocavənd rayonunda Tərəkəmə Ki, Fizulu rayonunda ( Hikmət İK, Kömək İK, Aqra İK, Ağcabəddi rayonunda 2 kredit təşkilatı (Hindarx İK, Qarabağ 2010 İK) və İmişli rayonunda fəaliyyət göstərən 7 kredit təşkilatına (Azərinvest İK, Aqrointer İK, Mirqasım İK, Ağan İK, İlkin İK, Aqroinvest İK, Ağaməmmədli İK) 10% lə ayrılan kreditlər kənd təsərrüfatının inkşafı adıyla sənədləşdirilsə də, həmin vəsaitlər kredit ittifaqlarının rəhbərləri tərəfindən öz şəxsi bizneslərinə yönləndirilib. Bu məsələ ilə bağlı redaksiyamıza göndərilən məlumatlarda qeyd olunur ki, İcraçı Kredit Təşkilatının Beyləqan rayonunda fəaliyyət göstərən nümayəndəsi “Şahsevən İK” təşkilatının rəhbəri Fəyiəddin Fərmanov vətəndaşalra verdiyi kiçik kreditlərin əvəzində onlardan müavinat, əmək haqqlarının kartlarını girov saxlayır. Eyni zamanda Fayəddin Fərmanov öz əmlakını girov qoyaraq İKA-dan “Şahsevən İK” bir neçə milyonluq 10% lik kredit alıb və həmin krediti yenidən öz təşkilatı adından vətəndaşlara 20-30% lə verib. Mənbə bildirir ki, bütün bu əməliyyatlardan İcraçı Kredit təşkilatının rəhbəri Arif Əliyevin xəbəri və marağı var. Bundan başqa Bakı şəhərində İKA-nın fəaliyyət göstərən bir neçə təşkilatıda məhz Arif Əliyevin əli ilə yuxarıda qeyd etdiyimiz əməliyyatı həıyata keçirib. Bu məsələ ilə bağlı növbəti sayımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik. Qeyd edək ki, bütün bu iddalarla bağlı PİA.AZ-a daxil olan məlumatları yazılı şəkildə İKA-nın elektron poçtuna yolladıq. İKA-dan bildirdilər ki, iddalara yaxın zamanda cavab verəcəklər. Lakin aradan 48 saata yaxın vaxt keçməsinə baxmayaraq İKA-dan redaksiyamıza heç bir cavab məktubu daxil olmadı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq… Geri qayıt |