Əsas Səhifə > Güney Press, Manşet > Baş nazirin Fuad Nəcəfliyə qarşı çıxardığı ORDU...

Baş nazirin Fuad Nəcəfliyə qarşı çıxardığı ORDU...


18-05-2023, 12:31
Baş nazirin Fuad Nəcəfliyə qarşı çıxardığı ORDU...
DİA.AZ: - Hələ keçən günlərdə xəbər verərək bildirmişdik ki, Naxçıvanda keçmiş Ali Məclis sədri Vasif Talıbovdan qalma köhnə komanda yeni rəhbərliyə - Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə qarşı açıq-aşkar sabotajla məşğuldurlar ki, bunun da başlıca məqsədi hazırki hakimiyyəti gözdən salmaq, "XAN DÖVRÜ"nə nostalji yaratmaqdır.

Bununla bağlı DİA.AZ-a yeni faktlar göndərilib. Belə ki, bütün bu işlərin arxasında əsas olaraq hazırda Naxçıvanın baş naziri postunu tutan Səbuhi Məmmədovun dayandığını iddia edən mənbə eyni zamanda proseslərdə xeyli sayda yerli məmurun da iştirakçı olduğunu bildirir.

Əvvəli BURADA: Baş Nazir Prezidentin xüsusi nümayəndəsinə qarşı... - İLGİNC FAKTLAR

Yazının davamında deyilir: "Səbuhi Məmmədovun Naxçıvan MR Nazirlər Kabinetində qurduğu cinayətkar şəbəkənin bəzi üzvləri haqqında məlumatı sizə təqdim edirik.
1. Bağırov Aləm -Aparat rəhbəri, Səbuhi Məmmədovun Maliyyə Nazirliyində işlədiyi dövrdə böyük maliyyə fırıldaqlarını və Naxçıvana ayrılan maliyyə dotasiyalarını Vasif Talıbovun “Naxçıvanbank”ı vasitəsilə gizlədilməsini və şəxsi hesablara köçürülməsini məhz bu şəxsin vasitəsilə həyata keçirib. Baş nazir vəzifəsinə keçdikdə isə Aləm Bağırovu Aparat rəhbəri vəzifəsinə gətirib. Aləm Bağırov həm də 2016-cı ildə bir ailənin iki üzvünü avtomobili ilə vurub öldürməsi ilə yadda qalıb.Qeyd olunan ölüm hadisəsini isə Atası Məhərrəm Bağırovun törətdiyi bildirərək hüquq mühafizə orqanlarını “aldadıb”. Həmin Məhərrəm Bağırov ki, uzun müddət Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş mühasibi olub, oğlunun Maliyyə Nazirliyində çalışdığına arxayın olaraq yüz minlərlə dövlət vəsaitini mənimsəyib. Maraqlıdır ki, oğurlanmış vəsaitlə də ölüm hadisəsini gizlədərək Aləm Bağırovun cinayət məsuliyyətindən yayınmasını və karyerasının inkişafını təşkil edib.
2. Qənbərov Zahid-İqtisadiyyat şöbəsinin müdiri. Səbuhi Məmmədovun Maliyyə Nazirliyindən Nazirlər Kabinetinə transfer etdiyi ən “güclü” kadr. Qənbərov Zahid maliyyə nazirliyində əsasən ƏDV-ni Azərbaycan büdcəsinə köçürülməsin qarşısının alınması və Vasif Talıbovun “Gəmiqaya” tikinti şirkətinə qanunsuz dövlət vəsaitin ayrılmasını təşkil edən xüsusi “mexanizmin” formalaşdırması ilə məhşurlaşıb. Hətda bu işləri gördüyünə görə Vasif Talıbov 2019-cu ildə Qənbərov Zahidi Ali Məclisi Sədrini Mükafatı ilə təltif edib.
3. Sevinc Cabbarova - Humanitar və sosial məsələlər şöbəsinin müdiri. Dövlət qulluğunda bir il belə stajı olmayan, məktəb müəllimi qədər biliyi olmayan bu qadın ancaq Səbuhi Məmmədovun şəxsi istəklərini lazımınca yerinə yetirdiyinə görə bu yüksək vəzifəni tutur.Bu mövzunu davam etdirmək etik olmadığına görə davam etdirməti lazım bilmirik. Sevinc Cabbarovanın “xidmətlərini” Naxşıvan şəhər sakinləri ətraflı bilir.
4. Qurbanov Nihad- Tikinti, sənaye və energetika şöbəsinin müdiri. Bu cavan oğlan da Səbuhu Məmmədovun Naxçıvanda həbs olunmuş Tikinti Komitəsini sədri ilə birlikdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməni təşkil edən kadrlarından biridir.
5. Bayramov Mübariz- Aqrar məsələlər və ekologiya şöbəsinin müdiri. Uzun müddətdir Nazirlər Kabinetində Vasif Talıbovun “uğurlu” siyəsətini həyata keçirən kadr. Bayramov Mübariz Səbuhi Məmmədovun Maliyyə Naziri olduğu müddətdə keçmiş Baş nazir Əlövsət Baxşıyevin məlumatlarını maliyyə nazirinə çatdırılması və Naxçıvanın kənd təsərrüfatına subsudiya kimi aydılmış dövlət vəsaitinin oğurlanması ilə məhşurdur.
6. Babyev Fərid- Ümumi şöbənin müdiri. Səbuhi Məmmədovun ən sevimli kadr olaraq Maliyə Nazirliyindən Nazirlər Kabinetinə gətirdiyi kadr. Bu adam Səbuhi Məmmədovun Naxçıvanın nazirlərindən, komitə sədrlərindən nağd şəklidə yığılan pullarının idarə edilməsi ilə tanınır. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində son zamanlarda aparılmış yoxlama zamanı aşkar olunmuş yeyinti hallarından toplanan vəsaitlərin məhz bu şəxsə verildiyi qeyd edilmişdir.
Səbuhi Məmmədovun cinayətkar dəstəsi Nazirlər Kabineti ilə məhdudlaşmır. Naxçıvanın İqtisadiyyat Nazirliyində, Hesablama Palatasında, yeni yaradılan “ASAN XİDMƏT” də çalışan militanları da Naxçıvanda dövlət vəsaiti ilə maaş alaraq Səbuhi Məmmədovun tapşırıqları ilə Azərbaycan dövlətçiliyinə qarşı vuruşmaqda davam edirlər. Çünki onların hələ də ümidləri var ki, Fuad Nəcəflini devirərək mənəvi ataları olan Vasif Talıbovu hakimiyyətə qaytaracaqlar və bu yolla Səbuhi Məmmədovun onlara göstərdiyi yüksək etimadı doğruldacaqlar".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləıməyə hazırıq...

Geri qayıt