Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…

Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…


31-05-2023, 12:07
Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…
57 gün erməni əsirliyində qalmış, bu müddətdə dəhşətli günlər və işgəncələr yaşamış Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili, Şirinov Elşən Elman oğlunun bu dəfə də haqqı, hüququ Xocavənd rayonunun bir qrup yerli cinivnikləri tərəfindən pozulur və hələ də pozulmaqda davam edir.
RealMedia-az.life xəbər verir ki, Elşən Şirinov bildirir ki, Xocavənd rayon icra hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçinin də icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Və son 2 ilə qədər də Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyaları vaxtı-vaxtında ala bilmişdir. Amma və lakin 2 ildir ki, Elşən Şirinov subsidiyaları ala bilmir ki, bilmir. Daha doğrusu, bunu ona vermirlər. O bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayev dövlət tərəfindən onun icarəsində olan 100 (bir yüz) hektar torpaq sahəsinə ayırdığı subsidiyarı ona vermək üçün 5000 (beş min) manat rüşvət istəyib. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Elşən Şirinov bildirir ki, hazırda icarəsində olan torpaq sahəsi əkinə yararlıdır və hazırda da həmin ərazidə taxıl əkib.
Qeyd edək ki, Elşən Şirinov Rafael Mustafayevlə aralarında baş verən səs yazısınıda redaksiyamıza təqdim edib. Və həmin səs yazısını dinlədikdə şikayətçinin haqlı olduğu açıq aydın şəkildə görünür. Yaxın günlərdə həmin səs yazısını təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia-az.life


Geri qayıt