Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Budur... 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam"
"Budur... 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam"1-06-2023, 14:46 |
DİA.AZ: - Şəki rayonu, Baş Göynük kənd sakini, ağır sağalmaz xəstə Mürşüdov Fəxri Əmir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Əvvəlcə bildirim ki,mən 1968-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olmuşam. 05.07.1971-ci ildə, yəni 3 yaşımda bədənimin qarın nahiyyəsindən aldığım ciddi xəsarət nəticəsində birdəfəlik əlil olmuşam. Dəflərlə uzun müddətli müalicələrim effect vermədiyinə görə mənə 15 ildir ki, 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ildən əlillik təqaüdüm mənə məlum olmayan səbəblərdən kəsilmişdir. Sənədlərimi əlilliyin yenidən müəyyən edilməsi üçün 2021-ci ildə 27 sentyabr 2021- də ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə təqdim etmişdim. Sağ olsun Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovu ki, o məni səmimi qəbul edib dedi ki, narahat olma hər şey göz qabağındadır. Sənin əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Bakıya getməyinə heç bir ehtiyac yoxdur. Sənə ƏƏSMN-nin buradakı şöbəsinin komissiysı baxıb bu gün forma 88 göndərişi verəcəklər. Elə də oldu komissiya sağlamlıq vəziyyətimi qiymətləndirib heç bir tərəddüd etmədən forma 88 göndərişini Nazirliyə göndərdilər. Sonra 2022-də təkrar bir də göndərdilər. Lakin ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi hər dəfə forma natamam doldurulub rəsmi cavabı verməklə işini formal bitmiş hesab etdi və qəsdən əlilliyimi təyin etmədilər. Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin sədr müavini Mətanət Məmmədovanın 14 .03. 2022-ci il tarixli, 22430093663 saylı rəsmi cavab məktubunda bildiri ki, guya göndəriş natamam doldurulub” ( xəstə 1 gündə olsa stasionar müalicə almayıb) Mənim səhiyyə təhsilim olmasa da bildirməliyəm ki, 3 yaşımdan ağır travma nəticəsində aldığım xəstəliklə bağlı bu gün 55 yaşıma qədər müalicələr almışam. Heç bir xeyri olmayıb. Ona görə də TƏBİB-in Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstiunun ən savadlı komissiyası xəstəliyimi tam müayinə edib 9 punk üzrə - S98.4, S 90.5, S91.0, T21.3, T 95.1, M 62.5, R 52.1, Z 73.6 madələri ilə xəstəlik qiymətləndirilmişdir. Və 29 iyul 2021-ci ildə verdikləri rəsmi Arayışda bird aha təsdiq ediblər ki, “ …hissiyatın kəskin pozulması, qarın nahiyyəsində çapığın sağalmayan trafriki yarası, hər iki süd vəzi deformasiyası, döş və qarın əzlələrin hipertrafiası, deformasiyası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə.” Yəni xəstəliyin nəticə hissəsində də qeyd edilir ki, “qarın nahiyyəsində çapığın sağalmayan trafiki yarası…) o deməkdir ki, Mətanət Məmmədova! mən ömrümün axırına qədər stasionar müalicə alsam dab u xəstəlik sağalan deyil! Bunu siz də həkim komissiyanız da istəsəniz də istəməsəniz də başa düşüb qəbul etməlisiniz. Mətanətin forma 88-in “natamam doldurulub” məşhur kəlamı isə ondan xəbər verir ki, guya Şki Rayon Mərkəzi Xəstəxana həkim komissiyası praktikadan yenicə komissiyaya işləməyə gəliblər və “ texniki səhv” ediblərmiş. Lakin mənim kimi minlərlə kasıb insane verilən belə rəsmi cavabın açması budur ki, yerli həkim komissiyaları xəstə rüşvətini ( konkret 4000 manatını) vermədiyi halda ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi həmişə belə cavab” yazacaq və əlilliyin təyinindən imtina edəcəkdir. Mətanətin rəhbərliklə razılşadırılmış bu cavabı mənim kimi yüzlərlə əlilliyin müəyyən edilməsi üçün müraciət etmiş digərlərinə də ibrət dərsi olsun ki, rüşvət verməyən şəxslərin aqibəti belə də olmalıdır. Guya illər uzunu fəaliyyət göstərən Regional Tibbi –Sosial Ekspertiza komissiysı bilmirlr ki, forma 88 necə yazılmalıdır? Budur 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsi də bildirlər ki, yeni göndəriş verərik amma ƏƏSMN –nin verəcəyi imtina qərarı bizlik deyil Sizə əlillik təyin edilməlidir. Və buna görə də biz vicdanla forma 88 veririk. Mənim kimi müraciət edənlər də bildirdilər ki, yazıqsan, özünü çox yorma, Nazirliyin həkim komissiyası rüşvvətlərini almasalar nə dədələrindən, nə bacılarından, nə də xalalaırndan belə keçən deyillər. Ona görə də DTX rəhbəri cənab Əli Nağıyevdən xahiş edirəm ki, mənə də 4000 manat nömrəli puldan göndərsin ki, aparım verim bu komissiyaya ki, işim düzəlsin. Axı mənim sağalmaz xəstəliyim var Və bu gün də çox əzab əziyyət içində yaşayıram. Sağalmayan bədənim də bundan sonar 100 il yaşasam belə sağalan deyil. Bu komissiya da pulunu almamış mənə yenidən əlillik vermir və formal tələb edir ki, forma 88 göndərişi tamam doldurulsa əlilliyin qiymətləndilməsinə yenə baxa bilərik.Mən də 2 gündən sonar bu forma 88-I alıb yenidən müraciət edəcəyəm. Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün yeni forma 88 göndərişi əsasında əlilliyimin yeni vicdanlı həkim komisiyası tərəfindən qiymətləndirilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |