Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Kapital Bank`ın vətəndaşları QARƏT İŞİ davam edir...
`Kapital Bank`ın vətəndaşları QARƏT İŞİ davam edir...8-06-2023, 09:30 |
DİA.AZ: - Artıq barəsində edilən şikayətlərin sayına görə rekordsmenə çevrilən "Kapital Bank"ın iddia olunanlarla bağlı hansısa izahatda maraqlı görünməməsi əslində bank sektorundakı özbaşınalıqdan xəbər verməkdədir. DİA.AZ bildirir ki, hər halda hansısa cəzalanma, vətədaş şikayətinin diqqətə alınması olsaydı, sözügedən bankın qanunsuzluqlarının sayında azalma müşahidə olunardı... Amma bu baş vermir. Biz isə bankın edilən şikayətləri qulaqardına vurmasına rəğmən növbəti vətəndaş gileyini təqdim edirik. Həm də olduğu kimi... nöqtəsinə-vergülünə, toxunmadan... redaktə etmədən. Bunu etməyə ona görə məcburuq ki, sonradan mübahisələndirmə olduğu təqdirdə, hansısa fikrin redkatə zamanı kontekstdən çıxarıldığı iddia olunmasın. Çünki belə işlər redaksiya olaraq başımıza gəlib... Beləliklə... "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Humay Musazadə adlı istifadəçi bildirir: "sikayetim Kapital Bank dandir. Tag edirem ozu de gorsun, komment ve mesajlarima geri donus etmirler! Kapital kartimla fb'da reklam yerlesdirirem son 2 aydir, kartdan fb adiyla elaqesiz pullar cixir. Ayin 2si meselen 35$ cixilib kartimdan amma fbda gorunmur. Fb ile mail vasitesile elaqe saxladim, fb'da gorunmeyen hec bir pul kartdan resmi olaraq fb ucun cixila bilmez deye qeyd elediler. Bankin qaynar xetti ile elaqe saxladim, iscileri reklami dayandirmaqdan basqa bir soz demedi hansi ki, care deyil. Ve cixilmis pullarla bagli hec bir aciqlama elemedi. 20 deqiqelik sohbetde reklami dayandirindan basqa hec ne demedi xulase. Umumi +100$ kartimdan xebersiz araliqlarla pullar cixilib. bu iki ayda. Basa dusmurem bu ne mesuliyyetsizlik? Ozlerini nomre 1 bank adlandirlar amma musterilerin problemlerini goz ardi edirler! Operator xanima dedim bununla bagli bir arasdirma acmaq isteyirem, deyir mumkun deyil. Biz artiq bankdaki pulumuza da guvene bilmeyeceyik?! Qrup uzvlerinden xahisim serh bolmesinde guvendiyi ve meslehet bildiyi banklari qeyd elemekdir. Onceden tesekkur edirem. Diqqetli olun. Xos gunler!" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |