Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Moskva` Ticarət Mərkəzinin işçiləri NƏDƏN ETİRAZA QALXDI?

`Moskva` Ticarət Mərkəzinin işçiləri NƏDƏN ETİRAZA QALXDI?


8-06-2023, 10:48
`Moskva` Ticarət Mərkəzinin işçiləri NƏDƏN ETİRAZA QALXDI?
"Sizə təkrarən müraciət edənlər 1 ay bundan əvvəl müraciət etmiş olan Moskva Ticarət Mərkəzinin ticarətçiləri , Səhmdarları və demək olar ki, bütün işçiləriydik.
Müraciətimizin əsas məqsədini izah edib xahiş etmişdik ki, bütün baş verən qanun və hüquq pozuntuları ilə əlaqədar Aidiyyatı qrumlara müraciət edib baş verən bütün pozuntuları onlarla birgə araşdırıb Ticarət Mərkəzində əmələ gəlmiş gülməli və görünməmiş İdarə metodlarının aradan qaldırılmasında bizə yardımçı olasınız. Ancaq Sizin tərəfinizdən gözlədiyimizi ala bilmədik. Ona görə də təkrar-təkrar Sizin vaxtınızı almağa məcbur olduq". DİA.AZ bildirir ki, bu barədə Azerinfo.media portalına müraciət edərək köməklik istəyən sözügedən TM-nin işçiləri bildirirlər.

Müraciətdə daha sonra deyilir: "Hələ təxminən 5-6 ay bundan əvvəl yeni təyin olunmuş İcra direktor (halbuki icraçı direktor QSC sistemində Səhmdarların iclasının ümumi qərarı ilə seçilməlidir.) Xankişiyev Əhməd idarədə Gestapo sistemi tətbiq etməyə başlayıb, nə istəyirlər onu da edirlər, bir bilən yoxdur bu adam neçənci sinfi qutarıb və hansı qiymətlərlə, sizə keçən müraciətimizdə də bildirmişdik ki, Mərkəzi Giriş qapısının üstündə yük daşıyıcı Konstruksiyanı ləğv edərkən gecə vaxtı olduğuna görə 3 tonluq Riqelin sökülməsi sahəsində xoşbəxtlikdən ölən olmamışdır. Hələ Sizə ondan deyək: Əhməd müəllimin və qardaş, bacının səhər işə gəlişləri, səhər tezdən 9:00-10:00 arası və işdən evə qayıdışları saat 15:00-16:00 arası əsl möcüzə də bundan başlayır imkanınız varsa kamea vasitəsi ilə çəkə bilərsiniz.
Unıvermağın keçmiş polis nəfəri indi isə mülki polisə keçmiş Mais, İnzibatçı Mövlud , Təsərrüfat müdiri Mübariz 3-cü Mİkrarayon dairəsindən başlayaraq yolları bağlasın , hətta insanları belə pərən-pərən edərək müşaiyət edici və qoruyucu avtomobillərin müşaiyət ilə müdirləri həyətə gətirərək çantaları belə avtolardan götürərək az qala əllərinə götürərək liftə oradan isə öz mərtəbələrinə aparırlar, gedəndə həyətdən və onların yolundan heç bir quş belə keçə bilməz. Cənab General-Polkovnik , hörmətli Nazir Sizin belə işlərdən acığınız gəlir, görəsən boyu 1 m 50 sm olan bu polis kimə axrandır?
Vətən erməni Revanşistləri və havadarları ilə müharibə vəziyyətində olduğu bir vaxtda bir təhər icarəyə götürdükləri piştaxtaların icarə pulunu və vergisini ödəyərək ailələrini və özlərini dolandırdığı bir vaxtda özləri istədikləri kimi piştaxtaları qruplaşdıraraq butiklər yaradırlar və həmin butikləri yaradırlar və həmin butikləri kənar adamlara 60:70 minə sataraq Camaatın axırıncı ümidini kəsirlər.
Sizdən artıq dərəcədə xahiş edirik əlinizdə olan imkanlardan istifadə edib bizə kömək edəsiniz, artıq bıçaq sümüyə dirənib".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt